KOMPRESLƏR VƏ QOYULMA QAYDASI

KompreslərKompreslər yayındırıcı müalicə növlərindən biridir. Kompreslər dəridə, dərialtı piy toxumasında və bundan altda yerləşən toxumalardakı yerli iltihab proseslərinin sorulması üçün qoyulur. Qızdırıcı, soyuq və isti kompreslər olur.

Qızdırıcı kompres dərinin damarlarını və bundan altda yerləşən qan damarlarını uzun müddət genişləndirir, nəticədə həmin yerə qan çox gəlir, iltihab prosesi sorulur və ağrı azalır. Qızdırıcı kompresi bədənin hər yerinə qoymaq olar. Onun qoyulmasına əks-göstəriş dəri xəstəlikləridir.

Qızdmcı kompres aşağıdakı üç qatdan ibarət olur: 1) bir qat qalın, lakin yumşaq, su hopan təmiz parça, bunu otaq temperaturlu suda isladıb yaxşı sıxırlar; 2.) müşəmbə və ya yağlı kağız, 3) pambıq.

loading...

Нər qat əvvəlkindən 2 sm enli olmalıdır. Bu qayda ilə hazırlanmış kompresi səliqə ilə bədənə elə qoyurlar ki, yaş qat altda qalır, qalanlar isə onun üstündən qoyulur. Sonra kompresi bintlə möhkəm sarıyır və üstündən isti yun şal və ya  şərflə bağlayırlar.

Kompresi bədəndə 12 saatdan çox saxlamaq olmaz. Onu səhər və axşam dəyişirlər. Dərinin qıcıqlanmaması üçün kompresi dəyişəndə həmin yeri ilıq su və spirtlə yaxşı silir, yumşaq dəsmalla qurulayır və 2 saat ara verirlər. Təzə kompres üçün təmiz material götürmək lazımdır. Kompres qoymaq üçün ilıq su, zəif sirkə məhlulu (1 çay qaşığı 0,5 1 suya), araq, odekalon və ya su ilə qarışdırılmış spirt (1:2) işlətmək olar.

Kompresi qoyduqdan sonra xəstə üşüyərsə bu, kompresin düzgün qoyulmadığını göstərir, müşəmbə və ya pambıq tənzifin üstünü tamam örtmür, yaxud bint boş sarınmışdır. Belə olduqda kompreslə dərinin arasına hava və su girir, su tez buxarlanaraq dərini qızdırmaq əvəzinə soyudur. Buna görə də kompresi yuxarıdakı qaydalara əməl edib daha səliqəli qoymaq lazmıdır.

Qızdırıcı kompres böyük bir nahiyəyə qoyulubsa, xəstə yerində uzanmalıdır. Araqla və xüsusilə spirtlə qoyulan kompreslər tez buxarlanıb quruyur, buna görə də bunları tez-tez dəyişmək lazım gəlir. Uzun müddət bu cür kompresləri qoymaq olmaz, çünki bunlar dərini çox qıcıqlandırır.

Soyuq kompresi (islatmalar) əzilmə, travma qanaxmalar zamanı qoyurlar. Bu cür kompreslər yerli soyuma əmələ gətirir, həmin yerdəki qan damarlarının daralmasına və beləliklə, buraya az qan gəlməsinə səbəb olur, ağrını azaldır. Soyuq kompres üçün bir parça tənzif və ya polotno götürüb bir neçə dəfə qatlayırlar. Onu soyuq su ilə isladıb sıxır və lazım olan yerə qoyurlar; 2-3 dəqiqə saxlayıb qızanda götürürlər, bundan sonra təzəsini qoyurlar.

İsti kompreslər. Qalın parçanı isti suda (50-60°S) isladıb sıxır və bədənə qoyurlar. Üstündən müşəmbə və qalın yun parça qoyurlar. Parça əvəzinə müşəmbənin üstünə isitqac da qoymaq olar. Bu prosedura iltihab ocaqlarının tez sorulmasına kömək edir və ağrını kəsir. İsti kompresi hər 10-15 dəqiqədən bir dəyişirlər.

Tibb bacısının məlumat kitabı — B.: «Çıraq» 2008.

loading...

Bunuda oxu...