KOMPLEKS BÖLGƏSƏL AĞRI SİNDROMU

Kompleks bölgəsəl ağrı sindromu və ya Kozalgiya – bədənin bir və ya bir neçə ətrafına təsir edən xroniki ağrılı bir vəziyyətdir və əsasən müxtəlif travmalar (motosiklet qəzaları və s.) nəticəsində meydana çıxır. Tipik xüsusiyyətləri təsirlənən üzv və ya orqan üzərində dərinin rəngi və istiliyində dramatik dəyişikliklər, yanıcı ağrı, dəridə həssaslıq,tərləmə və şişkinlikdir.

İlk yaralanma sadəcə bir barmaq və ya ayaqda olmuş olsada, ümumilikdə bütün qol və ayağa yayılır. Bəzən qarşı ətrafa da keçə bilir. Stres nəticəsində arta bilir.

Müalicəsində pasientlərin normal həyatlarına davam etməsi üçün ağrılı əlamətlərin aradan qaldırılması hədəflənir. Fizioterapiya və reabilitasiya müalicənin təməl daşıdır, digər müalicələrlə birlikdə mütləq tətbiq edilməlidir.

loading...

Müalicəyə nə qədər erkən başlanarsa, o qədər çox müsbət nəticə almaq mümkündür. Əsas məqsəd ətrafların funksional reabilitasiyasını təmin etməkdir.

Dr. Gülay Qurbanzadə

loading...

Bunuda oxu...