KOLOREKTAL XƏRÇƏNGLƏR

Kolorektal xərçənglər hər iki cins insanlarda ən çox aşkar olunan xərçəng növüdür. Erkən aşkarlandığı zamanda müalicəyə tabe olub az xəsərlə aradan qaldırılması mümkündür. Çünki normalda (95% halda) bu növ xərçənglərin inkişaf səbəbləri POLİP-lərdir ki bir çox adamlar buna laqeyd yanaşır.

Kimlər risk altındadır

Əlamətlər çox zaman 45 və daha artıq yaş qrupundakı şəxslərdə göründüyü üçün müayinədən keçməlidirlər;

loading...

45-50 yaşdan yuxarı hər kəs,

Ana, ata, qardaş, bacı kimi yaxın ailə üzvlərində daha əvvəl xərçəng olan şəxslər,

Kolit və ya Kron xəstəliklərinə tutulan kəslər

Riski azaltmaq üçün nələr edilməlidir

Xəstəlik əlamətləri olmasa belə hər ehtimal Screening testlərini elətdirməlidirlər. Yeməklərdə bol tərəvəz, meyvə istifadəsi, az siqaret və spirtli bu xəstəliyin də əsas təməllərindən biridir.

Dr. Bəhruz Səlimov

loading...

Bunuda oxu...