KOLOREKTAL ŞİŞLƏR

Kolorektal xərçəng yoğun bağırsağın və düz bağırsağın qatlarından inkişaf edən xərçəngdir. Kolorektal kanser çox vaxt xoş xassəli törəmə şəkilində yəni polip kimi başlayır. Adenoma isə yoğun və düz bağırsağın toxuma qatlarından inkişaf edən xoş xassəli şişdir. Poliplərin əksəriyyəti xoş xassəli olaraq qala bilir, amma adenomalar gənəlliklə uzun zamandan sonra xərçəngə çevrilə bilirlər.

Məsələn ABŞ-da kolorektal xərçəng rast gəlmə tezliyinə görə qeyri-dəri xərçəngləri içərisində qadın və kişilər arasında 3-cü yerdə və xərçəng xəstəliklərindən ölüm sayına görə 2-ci yerdə dayanır. Buna baxmayraq kolorektal xərçəng erkən mərhələdə aşkarlandıqda hələ də ən yaxşı müalicəyə tabe olan kanser sayılır.

Kolorektal xərçəngin bir yığın risk faktorları var. Onlardan bəziləri sizin kontrol edə bilməyəcəyiniz faktorlardır. Məsələn:

loading...

İltihabı bağırsaq xəstəlikləri

Bağırsaq polipləri

50 yaş üzəri olma

Ailədə kolorektal xərçəng tarixçəsi

Süd vəzisi və yumurtalıq xərçəngləri

Bunlar sizdən asılı olmayan səbəblərdir.

Lakin sizin özünüzdən və həyat fəaliyyətinizdən asılı olan bir çox səbəblər var ki, siz onları kontrol altında saxlaya bilərsiniz. Məsələn:

Çoxlu miqdarda qırmızı ət tükətilməsi və (və ya) yüksək tempraturda hazırlanmış ət tükətilməsi.

Artıq çəki və piylənmə

Qeyri-adekvatfiziki aktivlik

Siqaret çəkmə

Spirtli içki qəbulu

Kolorektal xərçəngin erkən aşkarlanması çox vacibdir. Çünki bu xəstəlik erkən mərhələlərdə özünü hec nə ilə bürüzə vermir. Bu xəstəliyin asan müalicə olunan erkən mərhələsini qaçırmamaq üçün də məhz erkən aşkarlanma vacibdir. Amma xəstəlik irəlilədikcə bir çox əlamətləri ortaya çıxır ki, bunlar da aşağıdakılardır:

Nəcisdə qan

Gündəlik bağırsaq fəaliyyətində dəyişikliklər

Qarın ağrısı, çəki itirmə,halsızlıq.

Əgər bu simptomlar varsa deməli şiş artıq daha böyükdür və onun müalicəsi daha da çətinləşəcək.

Kolorektal kanserin erkən aşkarlanması üçün ən ideal müayinə kolonoskopiyadır. Kolonoskopiya anesteziya altında düz bağırsaqdan keçərək bütün yoğun bağırsaqların endoskopik müayinəsidir.

Dr. Aygün Sayılova

loading...

Bunlarıda bəyənə bilərsiniz ...