KOKSAKİ VİRUSU

Koksaki – enteroviruslar sinfindən olub (bağırsaq infeksiyası) hüceyrədaxili parazitdir.

Risk qrupuna körpələr və 10 yaşına kimi olan uşaqlar daxildir. Daha çox isə 3-4 yaşlarda təssadüf edilir. Yaz-yay fəslində virus baş qaldırır. Koksaki keçirtmiş insanda immunitet yaranmır, yəni bu xəstəliyə dəfələrlə tutulmaq ehtimalı böyükdür.

Virus hava-damcı yolu ilə (asqırıb, öskürdükdə), qanla və xəstə insanın şəxsi gigiyena vasitələrindən istifadə etdikdə ötürülür. İstirahət yerləri, otellər, xüsusən də uşaqların çox olduğu yerlərdə gigiyena qaydalarına əməl olunmadıqda yayılır.

loading...

Koksaki virusu – orqanizmə daxil olduqda ilk öncə selikli qişada, limfada, ağız-burun boşluğunda, nazik bağırsaqda toplanır, daha sonra qana keçir və qan-damar sistemi ilə yayılır. İnkubasiya dövrü 6-10 gündur.

Simptomları

İlkin simptom – yüksək qızdırma, diareya, bədəndə, ağız boşluğu ətrafı, əl və ayaqda qırmızı səpkilərdir. Səpgilərin xarakter xüsusiyyəti içi maye dolu, kiçik suluqlara keçməsidir. İştahsızlıq, halsızlıq, qarın nahiyəsində ağrılar və bəzən arxa əzələlərində ağrılı səpkilərə rast gəlinə bilər.

Ümumilikdə xəstəlik 10 gün davam edir. Hal-hazırda bu virusa qarşı preparat mövcud deyil, qəti surətdə antibiotik vermək olmaz. Yalnız xəstəliyin əlamətlərini yüngülləşdirmək məqsədi ilə qızdırma salan siroplar vermək, yataq rejiminə riayət etmək, bol maye qəbul etmək lazımdır.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...