KÖKƏLMƏMƏK ÜÇÜN FİZİKİ İŞ GÖRMƏK LAZIMDIR

Təsadüfi pəhrizlər həyat üçün təhlükə yarada bilər.

Gözəl qamət, cazibədarlıq, artıq çəkisiz bədənə sahib olmaq hər bir qadının arzusudur. Amma bu o qədər də asan proses deyil. Bu səbəbdən də hər mövsümdə qida rasionuna fikir vermək lazımdır.

Piylənmə xəstəlikdir. Əgər qadınlarda artıq, izafi çəki varsa, onlar həkim nəzarəti ilə müəyyən pəhrizləri saxlamağa başlamalıdırlar. İzafi çəki piylənmə demək deyil, bu piylənməyə aparan yoldur. Artıq çəkisi olan xanımlar piylənmə xəstəliyindən qorunmaq üçün mütləq surətdə dietoloqa müraciət etməlidirlər .

loading...

Artıq çəkili xanımlara qida rasionlarında müəyyən qidaların çıxarılması və ya azaldılması ilə yanaşı, fiziki fəallıqla məşğul olmaq da məsləhət görülür. Bəzi xanımlar var ki, qidalanmasından, az yeməsindən asılı olmayaraq tez kökəlirlər. Bu, irsi piylənmə adlanır.

Yeyinti məhsullarının verdiyi enerji orqanizmin sərf etdiyi enerjidən çox olduğu təqdirdə kökəlmə başlanır. Bu zaman müsbət energetik balans yaranır. Orqanizmə zülal, karbohidrat, yağ çox daxil olan zaman oksidləşmə vəziyyətində enerji hasil olur.

Enerjini fiziki işlərə sərf etmədikdə isə bu, piylənməyə səbəb olur. Kökəlmənin qarşısını zamanında almaq üçün fiziki iş görmək, daim hərəkətdə olmaq lazımdır.

Dr. Nərgiz Nazirova

loading...

Bunuda oxu...