KLONLAŞDIRMA NƏDİR

Klonlaşdırma günümüzün ən aktual problemlərindən biridir. O elmin müxtəlif sahələrində böyük əks-sədaya səbəb olub. Klonlaşdırma nədir? Klonlaşdırmanı süni mayalandırma ilə səhv salmaq lazım deyil. Süni mayalandırma zamanı dişi yumurtahüceyrənin erkək toxumu (spermatozoid) ilə mayalanmasıdır.

KlonlaşdırmaKlonlaşdırma isə dişi yumurtahüceyrənin haploid nüvəsini kənarlaşdırılaraq başqa bir orqanizmin diploid nüvəsinin bu yumurtahüceyrəyə yeridilməsidir.

Bunun nəticəsində elə bir fərd meydana gəlir ki, o, diploid nüvəsini götürdüyümüz orqanizmlə tamamilə oxşar olur. Əvvəllər belə hal ancaq əkizlərdə müşahidə olunurdusa, klonlaşdırma zamanı bu qanunauyğunluq kimi özünü göstərir.

loading...

İndiyə qədər məlum idi ki, dünyada bir-birinə oxşayan iki insan tapmaq mümkün deyil, klonlaşdırma isə bu fikirləri alt-üst etdi. Lakin “oxşamaq” kəlməsi burada şərti işlədilib. Çünki əgər yeni nəsil (diploid) nüvəsini götürdüyümüz orqanizmə təsir edən xarici amillərə məruz qalmasa, onun xasiyyətində müəyyən dəyişikliklər hiss olunacaq.

Bu fikrin doğruluğunu isbat etmək üçün Avropada 20-ci əsrin əvvəllərində belə bir təcrübə aparılıb: Bir ailədə doğulan iki əkiz qızların birini varlı, digərini isə kasıb ailəyə saxlamağa verirlər. Bu qızlar müxtəlif mühitlərdə böyüdüklərinə görə eyni genotipə malik olmalarına baxmayaraq xasiyyətlərində müəyyən dəyişikliklər baş verib.

Klonlaşdırma müxtəlif məqsədlərlə aparılır. Bu baxımdan onu iki hissəyə ayırmaq olar: terapevtik və reproduktiv klonlaşdırma. Terapevtik klonlaşdırma 14 günlük rüşeymin inkişafının dayandırılması yolu ilə bu rüşeymin differensasiya etməmiş sütun hüceyrələrinin əldə olunmasıdır. Bu əməliyyat o məqsədlə aparılır ki, rüşeym hüceyrələri tam differensasiya etmədiyindən onu insan orqanizminin hər hansı orqanının xəstə və ya ölmüş hüceyrələri ilə əvəz etmək olar.

Çünki sütun hüceyrələri elə bir hüceyrələrdir ki, orqanizmin hər hansı hüceyrəsinə çevrilə bilər. Bu üsulla müalicəsi çətin olan bir çox xəstəliklərə qarşı (qastrit, infarkt miokard Parkenson xəstəliyi, ürək, qaraciyər, sümük, qan və s…) mübarizə aparmaq olar. Reproduktiv klonlaşdırmanın terapevtik klonlaşdırmadan fərqi ondadır ki, bu zaman rüşeymin inkişafı dayandırılmır. Belə olan halda rüşeym inkişaf edərək dölə çevrilir və o da öz növbəsində yeni fərd şəklində təzahür edir.

Klonlaşdırma tibb sahəsində yeni kəşfdir və hələ ki, tam öyrənilə bilməyən bir bölmədir. Bu istiqamətdə çoxlu təcrübələr aparılır. Bu təcrübələrin nəticələri bəzən kütləvi informasiya vasitələrindən gizli saxlanılır. Bu da klonlaşdırma haqqında çoxlu söz-söhbətlərin, ziddiyyətli, çox vaxt isə həqiqətə uyğun olmayan məlumatların yayılmasına səbəb olur.

Dində klonlaşdırmaya olan münasibət kəskindir. Müxtəlif dinlər arasındakı bəzi fikir ziddiyyətlərinin olmasına baxmayaraq bu məsələdə demək olar ki, bütün dini icmalar fikir həmrəyliyi nümayiş etdiriblər. Bu baxımdan Xristian və İslam dininin nümayəndələri öz ehtirazlarını daha qabarıq bildirirlər.

Klonlaşdırma probleminə siyasi aləm də biganə qalmayıb. Bir sıra super dövlətlər və siyasi qurumlar bu məsələyə öz qəti etirazlarını bildiriblər. Rusiyanın Tibb Elmləri Akademiyasının molekulyar genetika institutu belə bir bəyanatla çıxış edib ki, insanı nəzəri cəhətdən klonlaşdırmaq mümkündür, amma əgər bu, anormal uşağındoğulması ilə nəticələnəcəksə (qeyd edək ki, belə halların baş vermə ehtimalı 99%- dir), məsuliyyəti kim daşımalıdır?

ABŞ höküməti vaxtı ilə bu tip əməliyyatların öz ərazisində aparılmasını qadağan etmiş, nəticədə ilk klonlaşdırma əməliyyatı Atlantik okeanının neytral sularında aparılmışdır. Klonlaşdırmanın əlehdarları çoxaldıqca bu təcrübələrə vəsait ayıranların sayı da get-gedə azalmağa başladı.

Belə ki, Avropa Şurası nəinki klonlaşdırmaya daha pul vəsaiti ayırmayacağını bildirmiş, həm də insan klonlaşdırılmasına qarşı qətnamə qəbul etmişdir. Lakin elə ölkələr də var ki, əksinə klonlaşdırm təcrübələrinə icazə verib. Yaponiya, Böyük Britania bu ölkələrin siyahısındadır. Onlar bunu belə izah edirlər ki, bu proses ciddi nəzarət altında aparılacaq və söhbət yalnız terapevtik klonlaşdırmadan gedir.

Klonlaşdırmanın cəmiyyətdə yaratdığı fikir müxtəlifliyini onunla izah etmək olar ki, adi insanların alimlərdən fərqli olaraq bu haqda fikirləri ya cüzidir, ya da ki, ümumiyyətlə yoxdur. Hüquqi nöqteyi nəzərdən əgər insan rüşeyminin inkişafı süni surətdə dayandırılsa, bu gələcəkdə insan olacaq bu rüşeymə qarşı qəsd hesab olunmur, çünki insan hələ dünyaya gəlməyib və deməli o, fiziki şəxs sayıla bilməz. Amma eyni hərəkət insan hüququnun tapdalanması və etik cəhətdən cinayət kimi qəbul edilir.

Bundan başqa dünyaya gələn klonun aqibəti onun kimə məxsus olması da mübahisəlidir. Belə ki, əgər yumurtahüceyrə bir şəxsə, ona yeridilən diploid nüvəsi başqa şəxsə, həmin rüşeymin inkişaf etdiyi mühit (uşaqlıq) üçüncü şəxsə (surroqat ana) məxsusdursa, onda dünyaya gələcək insana hər üç səxsin iddiası ola bilər və hər üç şəxs bu insanın (klonun) valideyni sayıla bilər.

Ağayev Əsədulla

loading...

Bunuda oxu...