KLİMAKS ZAMANI HAMİLƏLİK

Klimaks sözü yunan dilindən pillə kimi tərcümə olunur. Bu hər qadının həyatında olan bir pillə, bir dövrdür.

Klimaks orta hesabla 45-50 yaşlarda başlayır. Güclü stresslər, bəzi dərmanların qəbulu, bəzi cinsiyyət sistemi xəstəlikləri və patologilayarı, ağır sosial-məişət şərait, irsiyyət və bəzi digər amillər klimaksı tezləşdirə bilər. Statistika göstərir ki, siqaret çəkən qadınlarda klimaks 2 il daha tez başlayır.

Hamiləliyin baş tutması üçün əsas 2 şərt lazımdır:

loading...

Follikulların yetişməsi

Ovulyasiya.

Bu proseslər qadın orqanizmində müəyyən hormonların təsirindən baş verir.

Klimaks zamanı qadın orqanizmində ciddi hormonal dəyişikliklər baş verir ki, follikulların yetişməsi prosesi və ovulyasiya tədricən daha gec-gec baş verir, daha sonra isə tam dayanır. Nəticədə klimaks dövründə olan qadınlarda menstruasiyalar da daha gec-gec olur, tədricən yox olurlar.

Ginekologiyada belə hesab olunur ki, sonuncu menstruasiyadan sonra 1 il keçibsə, qadın artıq sonsuz sayıla bilər və bu qadında hamiləlik ehtimalı demək olar sıfıra bərabərdir. Lakin, son menstruasiyadan sonra 1 il ərzində arzuedilməz hamiləlikdən qorunmaq lazımdır ki, bu müddət ərzində menstruasiyalar olmasa da ovulyasiya baş verə bilər ki, qadın hamilə qala bilər.

Dr. Naidə İsmayılova

loading...

Bunuda oxu...