KLAYNFELTER SİNDROMU

Klaynfelter sindromu kişilər arasında ən geniş yayılmış patologiyadır. Hər doğulan 500 oğlan uşaqlarının birində bu xəstəliyə rast gəlmək olur. Bu, kişilər arasında şəkərli diabet, qalxanvari vəzin xəstəliklərindən sonra üçüncü yeri tutur.

Cinsi inkişafdan geri qalma, sonsuzluq, erektil disfunksiya, ginekomastiya əlamətləri ilə tez-tez rast gələn xəstəliklərdən biridir.

Bu sindromu olan xəstələr xarici görünüşcə hündür boylu və sağlam olmaları ilə nəzərə çarpırlar. Amma sonsuzluq, erektil disfunksiya, cinsi inkişafdan geri qalmaları ilə həkimə müraciət edirlər.

loading...

Öz işini bilən savadlı androloqun düzgün yanaşması nəticəsində xəstəliyi aşkar etmək heç də çətin olmur.

Ginekomastiya xəstələrin, xüsusilə cavanların 70- 80% -də təsadüf olunur. Bu gənclərin 100%-də kişi cinsi hormonlarının defisiti, xayaların kiçik olması, ayaqların uzun olması müşahidə olunur. Belə uşaqlar, gənclər dərslərini pis oxuyurlar, intellektual səviyyələri aşağı olur.

Mən 28 illik praktikamda çoxlu bu tip xəstələrlə qarşılaşmışam və bu xəstələrin illərlə sonsuzluqla bağlı nəticəsiz müalicə aldıqlarının şahidi olmuşam. Belə xəstələrin müalicə ilə ata olma ehtimalı sıfıra bərabərdir, amma bəzi hallarda süni mayalanma ilə ata ola bilirlər.

Dr. Teymur Məmmədov

loading...

Bunuda oxu...