KLASTER BAŞAĞRISI

MiqrenKlaster başağrısı  gərginlik və migren başağrılarından sonra ən sıx görülən başağrısıdır. Ağrı atakları dalbadal, “dəstə” şəklində gəldiyi üçün “kumə” və ya gecənin bir vaxtı xəstəni başağrısı ilə qaldırdığı üçün “çalar saat” başağrısı da deyilir.

KBA 20-40 yaşlarında kişilərdə daha çox təsadüf olunur.

Başağrısı adətən kəskin, yanıcı və ya dəlici xarakterdə olur. Ağrı birtərəfli, əsasən göz ətrafında (orbital, supraorbital), gicgahda olur, bəzən üz, boyun və çiyinə də yayıla bilər.

loading...

Atak zamanı xəstələr çox narahat görünürlər, gəzərək ağrılarını azaltmağa çalışırlar, bəzən o qədər dözülməz olurki, intihar etmək istəyirlər.

Ağrı olan tərəfdə vegetativ əlamətlər – üzdə tərləmə, soyuma, gözdə qızarma, göz yaşarması, burun tutulması və ya axması, göz bəbəyinin daralması (mioz), göz qapağının enməsi (ptoz) müşahidə edilir. Ağrı atakı 15 dəqiqədən 3 saata qədər davam edir. 6-12 həftədən 1 ilə qədər müddətdə günaşırı bir dəfədən, günə 8 dəfəyə qədər təkrarlanır.

1 ilə qədər təkrarlanırsa epizodik, 1 ildən artıq davam edərsə xronik formalı Klaster başağrısı deyilir. Başağrılarının heç olmadığı, remissiya dövrü bir neşə ildən 20 ilə qədər davam edər, hətda bəzən xəstə ömründə yalnız 1 dəfə klaster başağrısı keçirə bilər. Daha çox yaz və payız fəslində müşahidə edilir. Siqaret və alkoqol ağrı ataklarının başlanmasına səbəb olur.

Klaster başağrısını ikincili başağrılardan (şiş və damar malformasiyası, anevrizması) ayırmaq üçün xəstəyə baş beynin KT və ya MRT oluna bilər.

Müalicəsində, atak zamanı ağrını aradan qaldırmaq üçün xəstəyə oksigen inqalyasiyası (5-8 litr/dəqiqəyə) edilir, həmçinin intramuskulyar dihidroergotamin və triptanlardan, profilaktik olaraq gələcək atakın şiddətini və sıxlığını azaltmaq üçün verapamil, lityum karbonat və kortikosteroidlərdən istifadə edilir. Bəzi mənbələrə görə melatonin və antikonvulsant – topiramatla müalicə də yaxşı nəticə verir!

Dr. Şəfəq Əliyeva

loading...

Bunuda oxu...