KİTAB OXUMAQ ÖMRÜ UZADIR

KitablarYeni  araşdırma hər gün 30 dəqiqə faydalı, maraqlı kitab oxumaqla ömrünüzü uzada biləcəyinizi göstərib.  12 il davam edən tədqiqatda 3 635 insan iştirab edib. Nəticə göstəribki, kitab oxuyanlar arasında ölmə halları 20% azdır. İştirakçıların cinsi, təhsili və koqnitiv bacarıqlarıda nəzərə alınıb.

Social Science & Medicine jurnalında dərc edilən tədqiqat Yel Universitetinin alimləri tərəfindən aparılıb. Kitab, qəzet və jurnallardan fərqli olaraq, daha dərin məlumat daşıyır, oxucular dərindən düşünür və analiz edirlər bu isə onların koqnitiv bacarıqlarının inkişafına səbəb olur. Koqnitiv bacarıqların inkişafı isə ömrü uzadır.

Nəticədə həftə ərzində üç saat yarım kitab oxuyanlar arasında ölüm halları 17% azalıb, daha çox oxuyanlar arasında isə 23%.

loading...

Orta hesabla kitab oxuyucuları ömürlərini 23 ay uzadıblar. Bu nəticə qadınlar, kişilər, varlılar və kasıblar üçün eynidir.

loading...

Bunuda oxu...