KİŞİLƏR NİYƏ SUSUR

KişiKişi susqunluğa qərb olduğu halda qadının qarşısında duran ən çətin məsələ, bu anda kişinin susqunluğunu düzgün qiymətləndirib, düzgün anlamaq və ona dəstək olmaqdır… Nə qədər çətin olsa belə… Adətən qadınlar özləri iki halda susurlar: Ya hiss edəndə ki, qarşısındakı insanı deyəcəyi sözlər, edəcəyi hərəkətlə incidib, yaralaya, xətrinə dəyə bilər, ya da qarşısındakı insana inamı itirdiyində.

Bu halda qadın nəinki o insanla danışmaq, ünsiyyət qurmaq haqda fikrləşmir, hətta heç o adamı görmək belə istəmir. Ona görə də kişilərin susqunluğunun qadınlarda inamsızlıq və güvənsizlik yaratması heç də təəccüb doğurmur. Başqa bir qadına susaraq, qulaq asan qadın ara-bir onun dediklərinə ya şərik olaraq, ya da etiraz edərək, öz hisslərini biruzə verir və ona diqqətlə qulaq asdığını, etinasız qalmadığını hiss etdirir.

Məhz bu baxımdan da qadınlar, kişilərin susqunluğunu anlayıb, dərk etmək istəmirlər. Onlara elə gəlir ki, bu anda kişilərin susması onların laqeydləşməsi, öz “eqoistlikləri” səbəbindən qadından uzaqlaşması və ya sadəcə olaraq, onları görmək istəməməsindən irəli gəlir…

loading...

Əslində isə kişilər hər hansı bir problemi və ya stressi olduğu zaman öz “yuva”larına çəkilərək, təklikdə hər şeyi yaxşı-yaxşı düşünərək, nəticə çıxartmağa səy göstərirlər. Bu vaxt, sadəcə olaraq, onlara yaxın durmaq vəya narahat etmək düzgün deyil. Səbr edib, zaman vermək lazımdır… Bəs kişilər niyə “yuva”ya çəklirlər?! • Hansısa problemi düşünüb, onun optimal həllini tapmaq istəyir.

Onu narahat edən suallara cavab tapmaqda, onun həllində çətinlik çəkir.

Hər hansı bir situasiyadan doğan anlaşılmazlıq və ya stressdən çıxmaq üçün özünü toparlamaqda zamana ehtiyacı var. Özünü tapmağa çalışır. Bu adətən, aşiq olan kişilərdə baş verir. Sevgiyə aludə olduqca, qadınla olan “isti” münasibətin onu “Asılı” vəziyyətə saldığını düşünən kişi, bu vəziyyətdən çıxış yolunu axtarmaq, daxilindəki “ mən”i tapmaq üçün öz “yuvasına” üz tutur… Və, demək olar ki, ordan “yenilənmiş”, özünə güvəni artmış, “ çox vaxt isə daha artıq sevgi ilə geri qayıdır.

Dr. Almaz Əskərova

loading...

Bunuda oxu...