KİŞİ SONSUZLUĞUNA SƏBƏB OLA BİLƏR

Uşaq və ataKriptorxizm adı verilən, uşaqlıq və inkişaf dövrlərinə aid testislərin qasıq kanalı içində qalması, zamanında torbaya enməməsi və düzəldilməsi üçün edilən orxipeksiya əməliyyatı, yırtıq əməliyyatları, testis şişi səbəbi ilə xayanın alınması, sperma daşıyıcı kanalların görüntülənməsinə aid əməliyyatlar, sidik kanalına və ya testislərə aid keçirilmiş əməliyyatlar, kişilərdə sonsuzluğa səbəb ola bilər.

Hormonal çatışmazlıqlar, sistemik xəstəliklər, diabet, şəkər xəstəliyi, sinir sisteminə aid xəstəliklər və bunlara aid keçmişdə edilmiş olan və davam edən müalicələr, keçirilmiş qızdırmalı xəstəliklər, yetkinlik dövründə keçirilən qulaqdibi ilə bağlı yaranan testis iltihablanması, cinsi yoluxan xəstəliklər, vərəm kimi infeksiyalar sperma sayı və keyfiyyəti ilə əlaqədar problemlər yarada bilər.

Eyni zamanda iş yerində və ya ətrafda olan kimyəvi maddələr, qazlar, dərmanlar, çox isti iş mühitləri, radiasiya, spirt və siqaret istifadəsi yoxlanılır. Bu faktorlar sperma istehsalına mənfi təsir göstərdiyi üçün əhəmiyyətlidir.

loading...

Dr. Elnurə Mustafayeva

loading...

Bunlarıda bəyənə bilərsiniz ...