KİSELİN FAYDALI

Kisel jeleyəbənzər və şirin içkidir. Tərkibi süd, meyvə, giləmeyvə siropu, mürəbbə əlavələri var.

KiselBaxmayaraq ki kiseli adətən mağazadan alırıq, ancaq ev şəraitində də hazırlamaq mümkündür. Bunun üçün meyvə və yaxud giləmeyvələrin üzərinə şəkər və nişasta əlavə edib bişirmək gərəkdir. Mağazada kimyəvi tərkibli kiseldən ev şəraitində hazırlanmış kisel daha məsləhətlidir.

Kiselin hazırlama qaydası:

loading...

Blenderdə təzə meyvə yaxud giləmeyvə üyüdülür. 250 qram üyüdülmüş pürenin üzərinə 2 litr su, 3 qaşıq şəkər tozu əlavə edilib bişirilir. Əlavə 100 ml suya 1-2 xörək qaşığı kartof nişastası əlavə edilib qarışdırılır və qaynayan meyvə suyunun üzərinə tökülür. Qazanı dayanmadan qarışdırmaq lazımdır. Hazır olduqdan sonra kisel 10 qədidə soyudulur. Kiseli isti və soyuq halda içmək olar.

Kiselin faydaları çoxdur. Kisel kalorili qida hesab edilir, tərkibində çoxlu miqdarda vitamin və minerallar var. Kiseli qida əvəzi də qəbul eləmək olur. Mədə şirəsi və turşuluğundan, qastritdən və mədə-bağırsaq yaralarından əziyyət çəkənlərə kisel içmək faydalıdır. Həmçinin bu içki mədə turşuluğunun aradan qalxmasına yardım edir. Alma tərkibli kisel qırmızı qan hüceyrələrini artırır, görməni yaxşılaşdırır və mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə edilir.

Tərkibində giləmeyvə olan kisel qaraciyər və öd kisəsinin fəaliyyətini yaxşılaşdırır. Ödün rənginin və tərkibinin dəyişməsinə vasitəçi olur.

Albalı kiseli yuxarı tənəffüs yolları xəstəliklərinin sağalmasını sürətləndirir, iltihab əlamətlərini məhv edir, ağ ciyər xəstəliklərini sağaldır.

Portağal kiseli bədənin C vitamininə olan tələbatını ödəyir, immunitetini artırır.

Kisel selikli qişaların qıcıqlanmalarını aradan qaldırır, mədənin sekresiyasını normallaşdırır.

Ancaq faydalarından əlavə, kisel artıq çəki və allergiyaya səbəb ola bilir.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...