KİM DAHA ÇOX YATIR

Yatan millətlərBir qrup amerikalı və avstraliyalı alim, müxtəlif ölkələrdə, gün ərzində insanların orta hesabla neçə saat yatdığını hesablayıb. Şimal qonşumuz, Rusiyada, bu göstərici 9 saat 20 dəqiqəyə bərabər olub. Ən az yatan millət isə yaponlardır. Onlar sutka ərzində cəmi 7 saat 16 dəqiqə yatırlar.

Ən çox yatan millət isə argentinalılardır. Argentinada insanlar, orta hesabla, gün ərzində 10 saat 16 dəqiqə yatırlar.

Amerika Birləşmiş Ştatlarında isə bu göstərici 8 saat 31 dəqiqədir. Avropa və Cənubi Koreyada orta yuxu saataları təxminən eynidir – 8 saat 55/57 dəqiqə.

loading...

Eksperiment ərzində alimlər maraqlı tendensiya aşkar ediblər. Məlum olub ki, eksperimentin keçirildiyi zaman (2006-2012-ci illərin statistikası) ortalama yuxu vaxtı ən çox Avropada azalıb, Şərqi Asiyada isə artıb. ABŞ`da isə bu göstərici dəyişməyib.

loading...

Bunuda oxu...