KESAR: MƏNFİ VƏ MÜSBƏT TƏRƏFLƏRİ

İlk kesarBütün gələcək analar doğuşdan əvvəl qorxu keçirir, əsasəndə ilk dəfə. Bir çox qadınlar isə bu qorxuya görə kesar əməliyyatına üstünlük verir. Bu daha rahat görsənir. Ancaq hər zaman belə deyil.

Qinekoloqlar və mamaloqlar kesar əməliyyatını ancaq məcburiyyət qarşısında məsləhət görürlər. Əgər hamiləliyi müşahidə edən qinekoloq kesar əməliyyatını məcbur bilmirsə, təbii doğuşa köklənmək lazımdır. Ancaq yenədə kesarı seçənlər üçün bu əməliyyatın mənfi və müsbət tərəflərini yazırıq. Kesar əməliyyatı qarın boşluğuna müdaxilə edilərək uşaqlığın
yarılması və körpənin çıxarılmasıdır.

Müsbət tərəflər

loading...

Əsas müsbət cəhət kesarın təbii doğuşun ana və övladın sağlamlığı üçün təhlükəli olduğu zaman istifadəsidir.

İkinci müsbət cəhət cinsi orqanların formasını saxlamağıdır. Bu isə doğuşdan sonra bir çox cinsi həyatda kı və digər problemlərin qarşısını alır. Ümumilikdə kesar əməliyyatı sidik-tənasül sistemini dəyişməz və zədəsiz saxlayır.

Digər müsbət cəhət kesar əməliyyatının sürətidir. O təbii doğuşdan çox tez keçir. Bir çox hallarda qadınlar saatlarla tutmalara və ağrılara dözməlidirlər.

Qinekoloqlar və mamaloqlar kesar əməliyyatını ancaq məcburiyyət qarşısında məsləhət görürlər.

Mənfi tərəflər

Kesarın mənfi tərəflərindən ilki ananın psixoloji vəziyyətidir. Təbii doğuşdan sonra anada depressiya yarana bilər, ancaq o ananın körpəsi ilə kontaktlarından sonra itəcək. Kesardan sonra isə bir çox qadın səhvlik və natamamlıq hissi keçirir. İlk zamanlar körpələri ilə əlaqə hiss etmirlər.

Digər mənfi tərəf – kesardan sonra ana özünə baxmalıdır, ağır işlər görməməlidir. Yaranı müşahidə etməlidir. Kesardan sonra orqanizmin bərpası daha çətin və çox çəkir. Əməliyyatdan sonra qarında nəzərə çarpacaq qədər çapıq qalır, ancaq o getdikcə kiçilir.

Digər mənfi cəhət orqanizmin ümumi vəziyyətidir. Kesar əməliyyatı anesteziya tələb edir və əməliyyatdan sonra narkozun çəkilməsini gözləmək lazımdır. Hərdən bu baş fırlantıları, ürək bulantıları və ümumi zəifliyə səbəb olur. Narkozun təsiri bitdikdən sonra isə əməliyyat yerində ağrı hiss olunur.

loading...

Bunuda oxu...