KAXEKSİYA, ORQANİZMİN KƏSKİN TÜKƏNMƏSİ

KaxeksiyaKaxeksiya orqanizmin ekstremal tükənməsidir, hansı ki, ümumi zəifliklə səciyyələnir, çəkinin kəskin düşməsi, fizioloji proseslərin fəallıqları, həmçinin xəstənin psixi vəziyyətinin dəyişikliyiylə müşahidə olunur.

Kaxeksiyanın simptomları arasında bədən kütləsinin azalması, zəiflik, yuxunun pozulması, işləmək qabiliyyətinin azalması, əzələ zəifliyi, fiziki yüklənmənin azalması, infeksiyalara meyllik, sonsuzluq, libidonun azalması, impotensiya və s.

Kaxeksiyanın 2 forması var: ekzogen – orqanizmə qidanın az daxil olması və endogen – müxtəlif xəstəliklərin ağırlaşmaları zamanı.

loading...

Orqanizmin kəskin tükənməsinin səbəbləri:

Ac qalma, pəhrizlər

Anoreksiya (iştahanın yoxluğu)

Psixi mənşəli anoreksiyası

İştahanı aşağı salanlar preparatların qəbulu (antidepressantlar, psixostimulyator preparatları və s)

Qidanın aşağı kalorililiyi

Onkoloji xəstəliklər

Qidalanmanınpozulmasıyla əlaqəli xəstəliklər – ağız boşluğunun xəstəlikləridir, ağız-udlaqlar, qida borusu, mədə.

Sormanın pozulmasıyla bağlı xəstəliklər – bağırsaqların xəstəlikləri, mədənin və bağırsaqların üzərində aparılan əməliyyatlar

Birləşdirici toxumanın xəstəlikləri

Ağır intoksikasiya (zəhərlənmə) zəhərlərlə, peşə xəstəlikləri ilə əlaqədar intoksikasiyalar (ağır metalların duzları, zərərli istehsallar)

Koma, ağır vəziyyətlər

Endokrin sisteminin xəstəlikləri: qalxanvarı vəzləri, böyrəküstü vəzilər, qipotalamo-hipofizar sistem (hipotalamus və hipofiz özünə daxil edir – beyin strukturları, hansılar ki, əsəb və endokrin sistemlərinin funksiyalarını yerinə yetirirlər).

Xroniki ürək, ağciyərlər, böyrək xəstəlikləri

Hepatitlər (qaraciyərin iltihabları)

Qaraciyərin sirrozları

Ağır virus və bakterial infeksiyalar

Ağır travmalar, yanıqlar, əməliyyatlar və bərpa

Xroniki alkoqolizm, narkomaniya

Sepsis

QİÇS.

Xanım Qurbanlı

loading...

Bunlarıda bəyənə bilərsiniz ...