KATETERİZASİYA

Kateterizasiya kateterin sidik kisəsinə yeridilməsidir.

Kateteri müalicə, diaqnostika məqsədi ilə və sidik kisəsini yumaq üçün yeridirlər. Sidik kisəsinə infeksiya salmamaq üçün kateteri çox ehtiyyatla yeritmək lazımdır, çünki sidik kisəsinin selikli qişasının infeksiyaya müqaviməti azdır.

Kateter salmaq zərərsiz deyil, buna görə də о ancaq zərurət olduqda salınmalıdır. Sidik kisəsi üçün yumşaq və bərk kateterlər vardır.

loading...

Yumşaq kateter 25-30 sm. uzunluğunda və diametri 0,33 mm-dən 10 mm qədər olan elastiki rezin borudur. Bərk (metal) kateter dəstək, buj və dimdikdən ibarətdir.

Tibb bacısının məlumat kitabı – B.: «Çıraq» 2008.

loading...

Bunuda oxu...