KATARAKTA

kataraktaKatarakta göz xəstəlikləri arasında ən yayılmış xəstəlikdir. Kataraktanın sabəbi göz büllurun şəffaflığının pozulmasıdır.

Göz bülluru görmə prosesində əsas rollardan birini oynayır. Göz bülluru işığı tor qişasında fokusa yığır, tor qişası isə bu işığı sinir impulslarına çevirir. Beyin bu impulsları alaraq onları görmə surətlərinə çevirir.

Göz bülluru kiçik linzaya bənzəyir. Cavan insanlarda göz bülluru şəffaf və elastikdir, öz əyriliyini asan dəyişir və bu səbəbdən cavan insanlar həm yaxını, həm də uzağı yaxşı görür. İnsan yaşlaşdıqca onun orqanizmində qocalma prosesləri artır. Bu proseslər, təbii ki, gözlərə də toxunur. Göz bülluru öz şəffaflığını, elastikliyini itirir, bulanıq olur. Göz büllurun tam və ya qismən bulanması “katarakta” adlandırılır.

loading...

Göz bülluru bulanması işığın gözün içinə düşməsinə mane olur ki, nəticədə görmədə müxtəlif pozulmalar inkişaf edir – görmə pisləşməsi, ikili görmə, parlaq işığa qarşı həssaslığın artması. Kataraktası olan insan obyektlərin konturlarını aydın görmür, dumanlı görür və s.

Kataraktası olan insanlar eynəkləri tez-tez dəyişməyə məcbur olur, eynəklərin seçilməsində çətinlik çəkir. Bu çox ciddi simptomdur.

Kataraktanın səbəbləri arasında:

Orqanizmin ümumi qocalması. Göz bülluru əsasən sudan və xüsusi zülallardan ibarətdir. Məhz bu zülallara göz bülurunun şəffaflığını təmin edir. İnsan qocaldıqca onların strukturu dəyişilir ki, göz bülluru tədricən öz şəffaflığını itirir və bulanıq olur. Əksər hallarda katarakta 60 yaşından yuxarı olan insanlarda aşkar olunur. Lakin bəzən bu xəstəlik 40-45 yaşlı insanlarda da inkişaf edir.

Şəkərli diabet. Bu xəstəlik zamanı kapilyarların funksiyası pozulur.

Bəzi göz xəstəlikləri (məsələn, qlaukoma), irsi faktorlar, mübadilə pozulmaları.

Göz travmaları (güclü zərbə, yanıq və s.).

Nadir hallarda katarakta anadangəlmə olur. Bunun səbəbi irsiyyət və ya göz büllurun bətndaxili patologiyası.

Əgər siz özünüzdə kataraktanın simptomlarını müşahidə etmisinizsə, dərhal oftalmoloqa müraciət edin.

Dr. Aytən Mirzəyeva

loading...

Bunlarıda bəyənə bilərsiniz ...