KASUDZO NİŞİ KİMDİR

NişiKasudzo Nişi 1884-1959 illərdə yaşamış yapon mühəndisi, alimi, yazıçısı və aykido müəllimi olub. Tokio metropoliteninin aparıcı texniki mütəxəssisi vəzifəsində çalışıb.

Nişi anadan olduğu zaman hədsiz zəif olduğu üçün həkimlər onun 20 yaşına qədər yaşaya biləcəyinə şübhə ediblər. Uşaqlıq illərindən o sağlamlığı ilə böyük problemlər yaşayıb, bütün mümkün sağlamlıq sistemlərindən istifadə edir.

Biraz böyüdükdən sonra Nişi sağlamlığa aid ədəbiyyat oxumağa başlayır və öz üzərində tətbiq edir. Horasiy Fletçerin kitabından gənc Nişi qidadan maksimum maddələri çıxarmağı öyrənir. Nişi demək olar ki, bütün sağlamlıq nəzəriyyələrini və profilaktik tibblə tanış olur və ətraflı analiz edir.

loading...

Zaman ötdükcə Nişi ənənəvi tibbə olan münasibətini dəyişir. Onun nəzərində həkimlər ancaq simptomları müalicə edir, xəstəlik isə qalır. Nişi təbiətin insana gərək olan hər şeyi verə biləcəyini anlayır.

Nişi Texniki universitetə daxil olur. Epton Sinklerin aclıqla müalicə metodu ilə tanış olur, qan dövranını dərindən öyrənir.

Nəticədə Nişi 44 yaşında öz sağlamlıq metodikasını yaradır. Tokio metropolitenində tutduğu vəzifədən imtina edir və vaxtının tamamilə öz Nişi sağlamlıq sisteminə sərf edir.

1936-cı ildə ilk kitabı nəşr edilir – “Suyun energetikası: Şəfa, təmizləmə, cavanlaşma”. Zamanla digər kitablarda işıq üzü görür.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...