KARİYESDƏN MÜDAFİƏ

KARİYESKaries  latın dilindən çürümə deməkdir. Kariyes dişin dağılmasıdır, hansıki dişin tərkibində olan mineral maddələrin əriməsiylə başlayır. Nəticədə dişin bərk hissələri dağılır və boşluq yaranır Minanı təşkil edən mineral maddələrin yuyulması və ya demineralizasiya, bakteriyaların təsiri altında baş verir. A

ğız boşluğunun kifayətsiz gigiyenası nəticəsində minanın üzərində yumşaq ərp yaranır. Bu ərp diş səthinə bərk yapışır və müxtəlif bakteriyaların cəmləşmə yeri olur.

Sübut olunub ki, kariyes, orqanizmində bakteriya olmayan heyvanlarda əmələ gəlmir, hətta onları kariyes yaradan pəhrizdə saxlayanda. Ərpin tərkibinə daxil olan karbohidratları canlarına çəkərək, bakteriyalar orqanik turşular ifraz edirlər. Turş mühit diş minasının, dişin xarici qoruyucu qişasının, tərkibində olan apatit kristallarının dağılmasına gətirir. Bundan sonra mikroblar alt qişalara keçərək onları da dağıtmağa başlayırlar.

loading...

Kariyesin səbəbi sadəcə mikrobların ağız boşluğunda mövcud olması deyil, həm də bir sıra digər amillərdir, məsələn, irsiyyət. Qidalanmanın böyük əhəmiyyəti var. Orqanizmə zülalların, vitaminlərin, mineral duzların, flüor və müxtəlif mikroelementlərin kifayət qədər daxil olmaması kariyesin əmələ gəlməsinə şərait yaradır.

Çox şirniyyat yemək isə bakteriyalara dişləri dağıtmağa kömək edir. Ağız suyunun tərkibi və xüsusiyyətləri mühüm rol oynayır. Müəyyən edilib ki, kariyesi olan insanların ağız suyu daha qatıdır və onun tərkibindəki mineral duzların nisbəti dəyişikdir.

Kariyesin bir neçə mərhələsi var:

Ləkə mərhələsi: müayinə zamanı dişin səthində ağ və ya tünd ləkə olduğu görünür. Bu stadiyada insanda adətən heç bir xoşagəlməz hisslər olmur.

Səthi kariyes mərhələsi: mexaniki və tempertura qıcıqlandırıcıların təsirindən qısamüddətli ağrılar müşahidə edilir. Mina nahamar olur.

Orta kariyes mərhələsi: kariyes boşluğu müəyyən edilir.

Dərin kariyes mərhələsi: boşluq böyüyür. Boşluğa toxunuş ağrı yaradır.

Kariyesin ilk əlamətlərini qaçırmamaq üçün, ildə 1 dəfədən az olmayaraq stomatoloq yanına getmək lazımdır. Məsələ ondadır ki, ilkin mərhələlərdə kariyes simptomsuz keçir, kiçik ləkəni görmək isə kifayət qədər çətindir. Biz sadəcə dişin çeynəyici səthini görürük. Kariyes isə yan tərəfədə ola bilər.

Beləliklə, kariyes, dişləri təmiz yumadıqda və çox şirniyyat yedikdə əmələ gəlir. Edə biləcəyiniz ən səhv hərəkət – gecə dişlərinizi yuyandan sonra gedib şirin çayla peçenye yeməyinizdir.  Ağız boşluğunuzun bakteriyaları belə bir hədiyyəyə heyran olacaqlar.

Kariyesin profilaktikası, ilk növbədə, düzgün qidalanmaya, ağız boşluğuna gigiyenik qulluğa, daima stomatoloq yanına getməyə əsaslanır. Ağız boşluğunun düzgün gigiyenası dişlərin 3-5 dəqiqə ərzində gündə 2 dəfə (səhər yeməyin və axşam yeməyindən sonra) təmizlənməsini və sonra ağız yaxalayıcılardan istifadəni daxil edir. Bundan başqa, ildə 1-2 dəfə stomatoloq yanına getməklə dişlərin əsaslı təmizlənməsini həyata keçirmək lazımdır.

Sona Qasımzadə

loading...

Bunuda oxu...