KARDİOMEQALİYA

Kardiomeqaliya ürəyin ölçülərinin həddən artıq böyüməsi ilə xarakterizə olduğu bir vəziyyətdir. Kardiomeqaliyanın səbəbləri müxtəlifdir. Əsasən isə yüksək hipertoniya və koronar xəstəliklərlə əlaqələndirilir.

Bəzi hallarda bu xəstəliyə irsi meyllilik olduğu da deyilir. Xəstəlik nəticəsində ürək kifayət qədər qanı qova bilmir və bütün orqanizmdə diffuz olaraq qan dövranı çatışmalığı əlamətləri üzə çıxır. Son zamanlar isə xəstəliyin proqnozunun ağır olmasını qəfləti ürək ölümünə səbəb olması ilə əlaqələndirirlər.

Xəstəlik uzun müddət asimptomatik olaraq davam edir. İlk üzə çıxan simptomlar isə belədir: ürək döyünməsi, şiddətli təngnəfəslik, sinədə ağrı, ayaqlarda ödem, yorğunluq, artan qarın çevrəsi, bədən çəkisinin artması, ödemlər, bayılma və s.

loading...

Kardiomeqaliyanın iki əsas forması var: dilatasyon kardiomiopatiyahipertrofik kardiomiopatiya. Dilatasyon kardiomiopatiyada ürək kameraları genişlənmiş, miokard nazik haldadır. Hipertrofik kardiomiopatiyada isə ürək əzələsinin həddindən artıq qalınlaşması səbəbi ilə kameraların ölçüsünün kiçilməsi müşahidə olunur.

loading...

Bunuda oxu...