KALSİUM HAQQINDA

KalsiumBugün demək olar ki, hər gün anaların yönəltdiyi saysız hesabsız sualların baş rolunda olan, kalsium haqqında yazmaq istəyirəm. Düşünürəm ki faydalı olacaq…

Kalsium nədir? Orqanizmdə ən çox miqdarda olan mineraldır. Orqanizmdə olan kalsiumun 99%i skeletimizdə, 1%-I hüceyrəarası mayedə, hüceyrə içindəki strukturlarda və hüceyrə membranında yerləşir. Skeletdən xaric kalsium sinir impulslarının ötürülməsində, əzələnin yığılmasında, qanın laxtalanmasında və membran keçiriciliyində rol oynayır.

Sümük mineral toplanmasının yarısı yeniyetməlik dövründə baş verir. Sümük mineral bərkliyi (density) pikinə erkən yetkinlik yaşında çatır. Buna təsir edən faktorlar: qidada kalsiumun zənginliyi, hərəki aktivlik və hormonal status ( testesteron və estrogen).

loading...

Qidada kalsium mənbələri:

süd və süd məhsulları , məsələn, 1 stəkan süddə 300mg kalsium var

yaşıl yarpaqlı tərəvəzlər ( brokoli, kahı, göyərtilər)

Kalsium defisiti sindromu (xəstəliyi) yoxdur, çünki qan və hüceyrədə kalsium səviyyəsi daim nəzarətdədir. Ehtiyac olduqda skeletal kalsium qana keçirilir və ya bağırsaqdan qidadakı kalsiumun sorulması gücləndirilir.

Uşaqlarda osteoporozun səbəbi:

Qidada yetərli miqdarda zülalın olmaması

Vitamin C çatışmazlığı

Steroid terapiya

Hormonal pozğunluqlar

Hərəkətsiz həyat tərzi

Yarımçıqdoğulmuşlarda kalsium defisiti

Osteogenesis imperfecta

Qidada və ya dərmanlarla orqanizmin kalsiumla həddən artıq yüklənməsi zamanı

Sidik yolları daşları ehtimalı artır

Qəbizlik əmələ gəlir

Böyrəyin funksiyaları azalır

Bağırsaqdan digər mineralların sorulması pisləşir (dəmir, zink)

Ps. Qanda kalsium səviyyəsi baxılmadan uşaqlara kalsium təyin etmək lazımsız və zərərlidir!

Dr. Ellada  Nağıyeva

loading...

Bunlarıda bəyənə bilərsiniz ...