KALSİUM ÇATIŞMAZLIĞININ SƏBƏBİ

Həmişə eşitmişik ki, kalsium mənbəyi olan pendir, kəsmik yeyin, süd için, ancaq yenədə bir çoxumuzda kalsium çatışmazlığı var. Sadəcə kalsium qəbulu ilə iş bitmir, əsas problem kalsiumun sovrulmasıdır. Bu səbəbdən əlavə kalsium qəbulu məqsədəuyğun deyil. Sadə rasion orqanizmin kalsium ehtiyacını təmin edə bilər.

Kalsiumun sovrulmasına mane olan faktorlar bunlardır:

Sərt liflərin normadan çox olması. Sərt həll olunmayan liflər yarmalar, taxıllar, paxlalı məhsullardır; yumşaq liflər – meyvə-tərəvəzlərdə mövcuddur; həll olunan liflər isə meyvələrdə olan pektindir.

loading...

Həll olunmayan liflər kalsiumu sovrulmasına imkan vermir və bildiyimiz kimi bağırsaqlar həm zərərli həm faydalı maddələri fırça kimi təmizləyib aparır. Buna görə sərt həll olunmayan liflərin sutkalıq norması 30 qrammdan çox olmamalıdır.

Rasiona yumşaq və həll olunan lifləri əlavə etmək lazımdır.

D vitaminin çatışmazlığı. Demək olar ki, insanların əksəriyyətində #vitaminD çatışmazlığı var. Hər gün 1 litr süd içsəniz belə D vitaminsiz kalsium sovrulmur. Bunun üçün nə etmək lazımdır:

a) çox gəzmək, D vitamini günəş şüaları altında əmələ gəlir (ancaq son araşdırmalar bunun da artıq kömək etmədiyini bildirir);

b) Vitamin D azlığı varsa, həkimə müraciət edib, göstərişlə əlavə olaraq qəbul etmək;

c) təbii qida məhsulları ilə D vitamini qəbul etmək (yumurta, dəniz balığı, treska qaraciyəri, balıq yağı).

Dr. Vüsalə Tağıyeva

loading...

Bunuda oxu...