KƏSKİN QASTRİT NƏDİR

qastritKəskin qastrit mədənin selikli qişasının iltihabi dəyişikliklərinə səbəb olan xəstəlikdir.

İltihab mədənin bir hissəsini  və ya bütün mədəni əhatə edə bilər. Kəskin qastritlər 2 cür ola bilər: erozion və qeyri-eroziv. Kəskin qastritin simptomu epiqastrial hissədə narahatlıq ola bilər. Digər simptomlarına ürəkbulanma, qusma, iştahanı itirilməsi, gəyirmə və köp daxildir.

Kəskin qastritə bir sıra amillər səbəb ola bilər. Bunlara müəyyən dərmanlar, spirtli içkilər, öd, işemiya, bakteriya, virus və göbələk infeksiyaları, kəskin stress (şok), radiasiya, allergiya, qida zəhərlənməsi və birbaşa travma aid edilə bilər.

loading...

Zədələnmənin ümumi mexanizmi mədənin müdafiə və aqressiv amillərin arasında balansın pozulmasıdır hansı ki, mədənin selikli qişasının tamlığını qoruyub saxlayır. İltihab əleyhinə qeyri-steroid qrupundan olan dərman preparatları, alkoqol, kokain və s. eroziv qastritə səbəb ola bilir.

Zədələnmənin əsas mexanizmlərindən biri prostaqlandin sintezinin azalmasıdır. Prostaqlandinlər mədənin selikli qişasını mədə turşusunun zədələyici təsirindən qoruyan mexanizmə cavabdeh olan kimyəvi maddələrdir. İntensiv iltihab vəzilərdən mədə turşusunun istehsalı üçün şirənin itirilməsinə səbəb ola bilər. Bu atrofik qastrit adlanır.

İltihab prosesinin xarakterindən və morfoloji xüsusiyyətlərindən asılı olaraq kəskin qastritin kataral, fibrinoz, irinli və nekrotik formaları ayırd edilir.

Kəskin kataral qastrit. Selikli qişada zəif intensivlikdə və tək-tək, lakin diffuz şəkildə neytrofil qarışıqlı limfoykositar infiltrasiya, seroz və seroz-selikli ekssudat, doluqanlılıq və tək-tək diapedez qansızmalar, ödem və şişkinlik qeyd edilir. Ödem, doluqanlılıq və diapedez qansızmalara selikaltı qatda da rast gəlinir.

Kəskin fibrinoz qastrit mədənin selikli qişasında fibrinoz ərpin meydana çıxması ilə müşaiyət olunur. Kəskin irinli qastrit zamanı mədənin selikli qişası üzərində, selikli qişada və selikaltı qatda tərkibində çoxlu mikroblar olan yaşılımtıl-sarımtıl rəngdə irinli ekssudat əmələ gəlir. Ocaqlı deyil, diffuz şəkildə olduğu üçün buna fleqmanoz qastrit də deyilir.

Kəskin nekrotik qastrit. Adətən turşu və qələvilərin va bu kimi aşılayıcı yerli destruktiv təsirə malik digər bəzi kimyəvi maddələrin təsirindən baş verir. Mədəyə daxil olan bu maddələrin miqdarından və konsentrasiyasından asılı olaraq mədə divarındakı nekrozun dərinliyi da müxtəlif ola bilər.

Belə hallar adətən ölümlə nəticələnir, sağaldıqda isə mədə divarında (o cümleden da yemək borusunda) eroziya və kəskin xoralara, kobud sklerotik dəyişikliklərə səbəb olur. Nekrotik qastritə korroziv qastrit və ya destruktiv qastrit də deyilir.

loading...

Bunuda oxu...