KƏSKİN BAĞIRSAQ KEÇMƏZLİYİ: TƏSNİFATI VƏ DİAQNOSTİKA

Mədə-bağırsaqKəskin bağırsaq keçməzliyi çox ağır və təhlükəli xəstəlikdır. Bu patologiya kişilərdə qadınlara nisbətən 1-2 dəfə çox rast gəlinir. Əsasən 30-60 yaşlarında daha çox təsadüf olunur.

Stranqulyasiyon keçməməzlik: Bu növ bağırsaq keçməməzliyinə bağırsaqların burulması, düyünlənməsi, invaginasiyası və yırtıq qapısında boğulması aiddir. Stranqulyasiyalı keçməməzlik bütün bağırsaq keçməməzliklərinin 30-40%` na bərabərdir. Bağırsaq burulması – nazik bağırsaq, kor, köndələn çənbər və siqmavarı bağırsaqların burulması ayırd edilir.

Nazik bağırsaq çox hərəkətli orqan olub, adi halda öz oxu ətrafında 90° və daha çox burulub yenidən öz əvvəlki vəziyyətinə qayıda bilir. Bağırsaq burulması onun öz oxu ətrafında 180°-dən çox fırlanması zamanı baş verir. Bu zaman bağırsağın çözü də burulur ki, bu da onun tərkibində olan damarların və sinir kötüklərinin sıxılmasıma səbəb  olur.

loading...

Bağırsaq burulmasına şərait yaradan səbəblərdən onların ilgəklərinin və çözunun uzun olmasını, qarın boşluğunda operasiya və ya xəsarətdən sonrakı çapıq və birləşmələrin mövcudluğunu, qarındaxili təzyiqin artmasını, qida qəbulu rejiminin pozğunluğunu və s. Nazik bağırsaq burulmasında xəstələrin vəziyyəti ağır olur. Qarın nahiyəsində şiddətli ağrılar baş verir.

Kor bağırsağın burulması kor bağırsaqın çözü və ya kor bağırsaqla qalça bağırsağın ümumi çözü olduğu vaxt baş verir. Xroniki qəbizlik, kor bağırsaq şişləri onun burulmasma şərait yaradır. Bu patologiya bütün bağırsaq burulmalarının 5-7%` na bərabərdir. Kor bağırsağın burulması qarın nahiyəsində qəflətən şiddətli ağrılarla başlanır. Tezliklə qarnı köpür, qusma müşahidə edilir.

Siqmavarı bağırsaq burulması  bütün bağırsaq burulmalarının 10-12%`na bərabərdir. Bu xəstəlik, adətən, siqmavarı bağırsağın və onun çözünün uzun olması hallarında müşahidə edilir. Bu prosesə bağırsaq çözündə olan və iltihab nəticəsində törənən çapıqlaşmalar da köməklik göstərir. Belə xəstələrin anamnezındə qəbizlik, arabir baş verən hissəvi bağırsaq keçməməzliyi halları qeyd edilir. Xəstəlik yoğun bağırsaq keçməməzliyi əlamətləri ilə başlanır. Qarında, xüsusən onun sol yarısında ağrılar, köpmə müşahidə edilir. Qusma prosesə xəstəliyin sonrakı inkişaf dövrlərində qoşulur

Bağırsaq düyünlənməsi. Bu xəstəlik bütün bağırsaq keçməməzliklərinin 3-4%`na bərabərdir. Bağırsaq düyünlənməsində azı iki bağırsaq ilgəyi iştirak edir. Bunlardan biri qoşalülə şəklində qatlanaraq ox rolunu oynayır, digər bağırsaq ilgəyi isə onun ətrafında bir və ya iki dəfə dolanır. Nəticədə həm ox rolunu oynayan bağırsaq ilgəyi, həm də dolanan bağırsağın çözü sıxılır.

Bağırsaq düyünlənməsində, adətən, nazik bağırsaq, hərəki çözü olan siqmavarı və bəzən də kor bağırsaq iştirak edir. Qarın nahiyəsində şiddətli ağrılar başlanır. Ağrının gücündən xəstələr şok vəziyyətinə düşə bilir. Təkrari qusma, nəcis və qazların xaric olmasının kəsilməsi qeyd edilir. Qarnın köpməsi o qədər də nəzərə çarpmır, lakin o çox ağrılı olur. Eyni zamanda həm nazik, həm də yoğun bağırsaq keçməməzlikləri əlamətləri olur.

Obturasiyalı bağırsaq keçməməzliyi. Bu növ keçməməzlik bağırsaq mənfəzinin öd, nəcis daşları, askarid qurdlar, topası, bəd və ya xoşxassəli şişlərlə tutulması və ya onun bitişmələrlə sıxılması nəticəsində baş verır. Stranqulyasiyalı keçməməzlikdən fərqli olaraq bu xəstəlikdə bağırsaq qan dövran, pozğunluğu baş vermir. Obturasiyalı keçməməzlik tədricən inkişaf edir və onun klinik əlamətləri o qədər də qabarıq olmur.

Öd daşlarının bağırsaq yoluna keçməsi kəskin və ya xronik iltihabı prosesə uğramış öd kisəsi ilə onikibarmaq bağırsaq arasında fistula yaranması nəticəsində baş verir Bağırsaq kecməməzliyini diametri 3-4 sm olan daşlar törədir. Nəcis daşları ilə bağırsaq tutulması ahıl və qoca yaşlarda müşahidə edilir. Obturasiyalı keçməməzlikdə xəstələrin vəziyyəti uzun müddət qənaətbəxş olur. Onun əsas əlamətləri qarın nahiyəsində vaxtaşırı baş verən ağrılardan, qusmadan, nəcis və qazların xaric olmasının pozulmasından, qarnın köpməsindən, bağırsaq peristaltikasının güclənməsindən ibarətdir. Rentgenoloji müayinə diaqnozun təyininə köməklik göstərir.

İnvaginasiya. İnvaginasiya bir bağırsaq ilgəyinin digərinin daxilinə keçməsi deməkdir. Nazik bağırsağın nazik və ya yoğun bağırsağa invaginasiyası ayırd edilir. İnvaginasiya bütün bağırsaq keçməməzliklərinın 2-10%` na bərabərdir. Bu xəstəlik, əsasən, uşaqlarda rast gəlinir.

Bağırsağın birinin digərinin daxilinə keçməsi onun tutulmasına (obturasiyasına) səbəb olur. Belə halda daxil  olmuş bağırsağın çözü də sıxılır (stranqulyasiya) və bu, qan dövranı pozğunluğuna gətirib çıxarır.  İnvagınasiyaya üç əsas əlamət xasdır: qarın nahiyəsindəki tutmaşəkilli ağrı, palpasiya zamanı uzunsov törəmənin əllənməsi və düz bağırsağın barmaq müayinəsində qanlı ifrazatın aşkar edilməsi.

Xanım Qurbanlı

loading...

Bunlarıda bəyənə bilərsiniz ...