STATİSTİKA MÜŞAHİDƏSİ, KƏMİYYƏT

STATİSTİKA MÜŞAHİDƏSİ, KƏMİYYƏTİlkin statistiak məlumatının toplanılması statistika tədqiqatının əsasını təşkil edir. Statistika informasiyası ilkin statistika meterialı olub, statistika müşahidəsi əsasında formalaşır.

Statistika müşahidəsi – statistika tədqiqatının ilk mərhələsidir. Həyatda baş verən kütləvi hadisə və prosseslər haqqında ilkin məlumatın toplanması üzrə elmi əsasında təşkil edilmiş və aparılmış işə statistika müşhahidəsi deyilir.

Statistika müşahidəsi kütləvi məlumat əldə edilməsində ilk mərhələ olub, sosial – iqtisadi hadisələrin tədqiqində çox mühüm yer tutur.

loading...

Statistika müşahidəsinə misal olaraq əhalnin siyahiya alınmısını, son zamanlarda çox tez –tez istifadə edilən sosialoji tədqiqatları, əsas fondların yenidən qiymətləndirməsini aparmaq üçün onların inventarizasıyası, bazarlarda məhsulların satılması qiymətlərin uçota alınmasını və s. göstərmək olar.

Statistika müşahidəsi dövlət statistika orqanları, elmi – tədqiqat instutları, birjaların, firmaların xidmətləri tərəfindən aparıla bilər.

Statistika müşahidəsinin aparılması aşağıdakı mərhələləri əhatə edir: müşahidəyə hazırlıq, məlumatın kütləvi toplanılmasının həyata keçirilməsi, məlumatın işlənməsi üçün hazırlıq, statistika müşahidəsinin təkmilləşdirilməsi üzrə təkliflərin işlənilməsidir.

Bazar iqtisadiyyatı şəraitində statistika müşahidəsinin aşağıdakı üç əsas təşkilatı formalarından istifadə edilir :1)hesabat, 2)xüsusi təşkil edilmiş statistika müşahidəsi 3) registr.

Statistika müşahidəsinin mühüm təşkili forması hesabatdır. Hesabat, statistika müşahidəsinin elə təşkili formasıdır ki, burada müəssisə, idarə və təşkilatlar öz fəaliyyətləri haqqında statistika orqanlarma verilən məlumatın etibarlılığına, tam olmasına cavabdeh şəxslərin imzası ilə təsdiq edilimiş xususi formada, müəyyən sənədlərə müvafiq göstəricilər üzrə müəyyən dövrdə məlumat təqdim edirlər. Hesabat rəsmi sənəd olub, müəssisə, idarə, təşkilatlar və s işləri haqqında statistika məlumatlarını əhatə edir.

Fəaliyyətdə olan statistika hesabatları tipik və ixtisaslaşdırılmış hesabatlara ayrılır. Tipik hesabatda göstəricilərin tərkibi fəaliyyət sahələrinin bütün müəssisələri üçün eynidir. İxtisaslaşdırılmış hesabatlarda göstəricilərin tərkibi iqtisadiyyatın ayrı – ayrı sahələrinin xüsusiyyətindən aslı olaraq dəyişir.

Hesabatlar verilmə müddətindən aslı olaraq cari və illik hesabatlara ayrılır. Cari hesabatlara günlük, həftəlik, ongünlük, aylıq, rüblük və yarımillik hesabatda verilir. Müəssisə, idarə və təşkilatalar öz fəaliyyətləri haqqında çox ətraflı məlumatı illik hesabatda verirlər.

Bazar münasibətləri şəraitində xüsusi təşkil edilmiş statistika müşahidəsi formasından daha çox istifadə edilir. Ölkənin sosial – iqtisadi həyatında mühüm əhəmiyyəti olan bir çox hadisələr haqqında məlumat xüsusi təşkil edilmiş statistika müşahidələri əsasında əldə edilir. Xüsusi təşkil edilmiş statistika müşahidəsinə misal əhalinin sıyahıya alınmasını göstərmək olar. Əhalinin siyahıya alınması xüsusi təşkil edilmiş statistika müşahidəsində ən böyük statistika işi hesab olunur.

Statistika müşahidəsinin təşkili formalarından biri də registrdir. Bu müşahidə formasında qeydə alınmış və əvvəli olan uzunmüddətli proseslərin fasiləsiz statistika müşahidəsir. Registr müşahidə formasında müşahidə vahidinin vəziyyətini daima izləyən bir sistem olub, öyrənilən göstəricilərə müxtəlif amillərin təsirini qiymətləndirir.

Statistikanın təcrübəsində əhalinin və müəssisələrin registrləri fərqlənirilir. Əhalinin registrindən ölkənin adbaad və müntəzəm yeniləşdirilən siyahısı verilir.

Müəssisələrin registri iqtisadi fəaliyyətin bütün növlərini özündə əhatə edir və müəyyən dövr ərzində yaxud vaxt anında müşahidə obyektinin hər bir vahidi üzrə əsas əlamətlərin qiymətləri ifadə olunur. Müəssisələrin registrində müəssisənin təşkil olunduğu vaxt, onun adı və ünvanı, telefonu, təşkilati – hüquqi forması haqqında, quruluşu, iqtisadi fəaliyyət növü, məşğül olanların sayı və s haqqında məlumat verilir.

Mütləq və nisbi kəmiyyət

Statistika göstəricilərinin ilkin ifadə formaları mütləq kəmiyyətlərdir. Mütləq kəmiyyətlər sosial –iqtisadi hadisələrin təhlilində mühüm əhəmiyyətə malikdirlər. Mütləq kəmiyyətlər sosial – iqtisadi hadisələrin həcmini konkret məkan və zamanda xarakterizə edir.

Mütləq kəmiyyətlər fərdi və yekun mütləq kəmiyyətlərə ayrılır. Fərdi mütləq kəmiyyətlər bilavasitə statistika müşahidələri əsasında alınır. Ayrı–ayrı kəndli təsərrüfatlarında taxılın kartofun, pambığın və s. kənd təsərrüfatı bitkilərinin əkin sahəsi, ayrı–ayrı sənaye müəssisələrində işləyənlərin sayı, əsas istehsal fondlarının dəyəri, ümumi məhsulun həcmi, mənfəətin həcmi və s. fərdi mütləq kəmiyyətlərdir.

Fərdi mütləq kəmiyyətlər yekun mütləq kəmiyyətlərin alınmasında da mühüm rol oynayır. Yekun mütləq kəmiyyətlər öyrənilən statistika məcmusunun bütün vahidlərinin həcmini, yaxud onun ayrı – ayrı qruplarının həcmini xarakterizə edir. Yekun mütləq kəmiyyətlər əsasən müşahidə nəticəsində əldə edilmiş fərdi mütləq kəmiyyətlərin cəmlənməsi yolu ilə müəyyən edilir.

Məsələn, əhalinin siyahıya alınması məlumatları əsasında müvafiq əlamətlər üzrə yekunlaşdırma aparıldıqda ayrı – ayrı rayonlar, regionlar, şəhərlər və ölkə üzrə əhalinin ümumi sayı, şəhər və kənd əhalisinin sayı, kişi və qadınların sayı və sair əlamətlər üzrə yekun mütləq kəmiyyətlər alına bilər.

Mütləq kəmiyyətlərin ölçü vahidləri. Mütləq kəmiyyətlər həmişə adlı kəmiyyətlər olurlar. Sosial –iqtisadi hadisələrin mahiyyətindən asılı

olaraq onlar müvafiq ölçü vahidlərində ifadə olunurlar. Mütləq kəmiyyətlər onların mahiyyətinə təbii xüsusiyyətlərinə uyğun olaraq natural, dəyər və əmək ölçü vahidlərində istifadə olunurlar.

Sosial –iqtisadi hadisələrin təbii xüsusiyyətlərinə uyğun olaraq istifadə edilən ölçü vahidlərinə natural ölçü vahidləri deyilir. Uçot və statistika işlərinin beynəlxalq təcrübəsində natural ölçü vahidləri kimi ton, kiloqram, kvadrat metr, kub metr, mil,kilometr, litr, ədəd və sair ölçü vahidlərindən istifadə edilir. Natural ölçü vahidləri sosial – iqtisadi hadisələrin fiziki xüsusiyyətlərini ifadə edir.

Bəzən sosial – iqtisadi hadisələrin mütləq kəmiyyətləri haqqında bir ölçü vahidi aydın təsəvvür əldə etməyə imkan vermir. Belə halda sosial – iqtisadi hadisələrin təbii xüsusiyyətlərinə uyğun iki ölçü vahidindən istifadə edilir. Məslən, elektrik generatoru və elektrik motorları istehsal edən müssisələrin işlərini xarakterizə etmək üçün onlar iki ölçü vahidində-ədəd və güç ölçü vahidlərində ifadə olunurlar.

Bazar iqtisadiyyatı şəraitində ən geniş yayılmış ölçü vahidlərindən biri dəyər ölçü vahididir. Müxtəlif istehlak dəyərinə malik olan hadisələrin ümumi həcmi dəyər ölçü vahidində ifadə etmək mümkündür.

Mütləq kəmiyyətlərin ifadə olunmasında istifadə edilən ölçü vahidlərindən biri də əmək ölçü vahidləridir. əmək ölçü vahidləri müəssisələrdə ümumi əmək məsrəfini uçota almağa, həmçinin ayrı – ayrı məhsulların əmək tutumunu müəyyən etməyə imkan verir. Əmək ölçü vahidlərinə adam – saat, adam – gün və s daxildir.

Nisbi kəmiyyətlər. Ümumiləşdirici göstəricilər sistemində nisbi kəmiyyətlər mühüm yer tutur. Bir çox hallarda mütləq kəmiyyətlər öyrənilən sosial – iqtisadi hadisələrin keyfiyyət xüsusiyyətlərini giymətləndirməyə imkan vermir.

Nisbi kəmiyyət sosial – iqtisadi hadisələrə xas olan kəmiyyət nisbətlərini göstərir. İki mütləq kəmiyyət müqayisəsi nəticəsində alınan göstəriciyə nisbi kəmiyyət deyilir. Nisbi kəmiyyətlər eyni zamanda iki nisbi kəmiyyətin və iki orta kəmiyyətin bir –birilə müqayisəsi nəticəsində də alınır.

Nisbi göstəriciləri hesablayarkən kəsrin surətində olan mütləq kəmiyyət cari və ya müqayisə edilən kəmiyyət isə müqayisə üçün əsas götürülən kəmiyyət adlanır.

Öyrənilən hadisənin xüsusiyyətindən asılı olaraq nisbi kəmiyyətlər müxtəlif formalarda ifadə oluna bilər. Nisbi kəmiyyətlər əmsal faiz, promillə və prodesimille formalarında ifadə oluna bilərlər.

Hadisənin yayılma dərəcəsini xarakterizə edən göstərici intensivlik nisbi kəmiyyətlər adlanır. Intensivlik nisbi kəmiyyətlərin müqayisəsi nəticəsində alınır. İntensivlik nisbi kəmiyyətə misal əhalinin hər 1000 nəfərinə düşən doğum, ölüm, təbii artım əmsallarını, əhalinin sıxlıq göstəricisini, isə qəbuk və işdən çıxma əmsalların və s göstərmək olar.

İntensivlik nisbi kəmiyyəti əmsal, faiz, promile, prodesmille ilə ifadə oluna bilər.

Məsələn, promille ilə ifadə olunan doğum əmsalını hesablamaq üçün il ərzində doğulanların sayını 1000 -ə vurub əhalinin orta illik sayına  ölmək lazımdır.

Nisbi kəmiyyətlərin çox geniş yayılmış və tarixən ən qədim növlərindən biri müqayisə nisbi kəmiyyətdir. Müxtəlif obyektlərə aid olan eyni növ göstəricinin müqayisəsi nəticəsində alınan göstəricilərin müqayisəsi nəticəsində alınan göstəriciyə müqayisə nisbi kəmiyyəti deyilir.

Müqayisə nisbi kəmiyyətləri, bir qayda olaraq əmsal və faiz şəkilində ifadə olunur.

Orta kəmiyyətlər

Statistikada ən çox istifadə edilən göstəricilərdən biri orta kəmiyyətdir. Orta kəmiyyət metodu, qruplaşdırma metodu kimi sosial – iqtisadi hadisələrin ümumiləşdirici xarakterizəsini verən statistika metodologiyasının çox mühüm spesifik metodudur.

Orta kəmiyyət – kütləvi sosial – iqtisadi hadisələrin kəmiyyət və keyfiyyət tərəflərinin ümumiləşdirci xarakteristikalarını əhatə etməyə imkan verən göstəricidir.

Statistika təcrübəsində orta kəmiyyətdən hər hansı statistika məcmuyunun ümümləşdirici xarakteristerizəsini verməkdə, məsələn, işləyənlərin orta əmək ödənişinin, dənli bitkilərin orta məhsuldarlığının xarakterizəsində, imtahan sessiyalarında tələbələrin orta mənimsəmə səviyyəsinin müəyyənləşdirilməsində və s çox tez –tez istifadə edilir.

Bazar iqtisadiyyatı şəraitində orta kəmiyyətin rolu daha da artır. Belə ki, burada da orta kəmiyyət ayrı–ayrı fərdləri və təsadüfləri ümumiləşdirməyə və iqtisadi inkişaf qanunauyğunluğunun meylini aşkar etməyə imkan verir. Orta kəmiyyət o vaxt obyektiv ola bilər ki, o, keyfiyyətcə yekcins statistika məcmuyu üçün kütləvi məlumat əsasında hesablansın.Yalnız yekcins kütləvi statistika məlumatı sosial-iqtisadi hadisələrin tipik səviyyəsini xarakterizə etmək imkanına malikdir.

Konkret məkan və zaman şəraitində sosial-iqtisadi hadisələrin dəyişən əlamətlərinin tipik səviyyələrini səciyyələndirən göstərici statistika orta kəmiyyət adlanır.

Orta kəmiyyət nəzəriyyəsinin işlənilməsində və inkişafinda İ. Zyusmilxin, A. Ketlenin, A. Boulinin, A. Boyarskinin, T. Ryabuşkinin, İ.Pasxaverin və s. alimlərin çox böyük xidmətləri olmuşdur.

Orta kəmiyyət bütün statistika məcmuyunun ümumiləşdirici xarakterizəsi olub,bu məcmuyun bütün vahidlərilə əlaqə olan müəyyən kəmiyyətə istiqamətlənməlidir.

Əliyeva Nərmin

loading...

Bunlarıda bəyənə bilərsiniz ...