KƏLLƏNİN VƏ BAŞ-BEYNİN İNKİŞAF QÜSURLARI

İnsultKraniostenoz  kəllə skeletini təşkil edən sümüklər arasındakı tikişlərin erkən bitişməsi nəticəsində törənir. Kraniostenoz bətndaxili, yaxud uşaq doğulduqdan sonra bir neçə gün ərzində inkişaf edir.

Kəllə qutusu müxtəlif quruluşda deformasiyaya uğrayır və baş beyin toxumasının inkişafına təsir edir.  Sifətin  quruluşu dəyişir.  Müalicəsi – cərrahi üsulla aparılır.

Mikrosefaliya – başın kiçik olması, üzün normal quruluşu, əqli zəifliklə təzahür edir.

loading...

Hidrosefaliya – kəllə boşluğunda xeyli miqdarda beyin mayesinin toplanmasına deyilir.  Anadangəlmə və qazanılma olur. Hidrosefaliya baş beynin inkişaf qüsuru, keçirilmiş infeksion xəstəliklər nəticəsində törənir. Hasil olan beyin mayesinin  dövranı pozulduğu üçün maye kəllə boşluğuna toplanır. Baş xeyli böyüyür, sifət isə əksinə, kiçilir. Diaqnozun qoyulması çətinlik törədir. Cərrahi müalicənin əsas prinsipi beyin mayesinin seroz boşluqlara və oradan  qan dövranına keçməsini təmin etməkdən ibarətdir.

Baş-beyin dəbəlikləri kəllə sümüklərinin birləşdiyi və əmgəklər nahiyəsində olan sümük defektindən beyin qişaları, beyin mayesi və maddəsinin dəri altına yerdəyişməsi ilə meydana çıxır.  Ön və arxa olmaqla dəbəliklər iki klinik formada müşahidə olunur. Ön beyin dəbəliyi alın və burun sümüklərinin birləşdiyi yerdə təzahür edir. 4-5 min yeni doğulmuşdan biri baş-beynin yırtığı ilə doğulur.

Yırtıq kisəsinin içərisindəki möhtəviyyatın quruluşundan asılı olaraq baş-beyin yırtıqları 3 növə bölünür:

meninqosele – yırtıq kisəsinin möhtəviyyatı beyin qişasının arasına toplanmış baş-beyin mayesindən ibarət olur;

ensefalosele – yırtıq kisəsinin möhtəviyyatını baş-beyin toxuması, pautin və damar örtükləri təşkil edir;

ensefalosistosele – yırtıq kisəsinin möhtəviyyatı beyin mayesi və baş-beyin toxumasından ibarət olur.

Diaqnozun qoyulması çətinlik törətmir.  Arxa beyin yırtıqları daha çox  fəsadlaşır. Yırtıq kisəsinin dərisi nazikləşir, uşaq başını yastığa sürtdükdə sıyrıqlar, xoralar, süzgəclər, beyin mayesinin sızması, ikincili infeksiyanın qoşulması, meningit təhlükəsini artırır.

Beyin yırtıqlarının müalicəsi cərrahi üsulladır – cərrahi müalicənin icra vaxtı  yırtığın böyüklüyündən və fəsadlaşma təhlükəsindən asılı olaraq, ilk həftələrdə, gecikmiş hallarda 2-3 yaşında icra olunur.

Yırtıq kisəsi açılır, möhtəviyyatı xaric edilir. Yırtıq kisəsindən beyin mayesi  və dəyişikliyə uğramış beyin toxuması kəsilib xaric edildikdə beyin fəaliyyəti pozulmur. Yırtıq kisəsini təşkil edən beynin sərt qişası yırtıq qapısı nahiyəsində kəsilıb götürülür və fasiləsiz tikişlərlə qapanır. Yırtıq qapısını təşkil edən sümük defekti, sümüküstlüyü və ətraf aponevroz hesabına, yaxud sərbəst sümük lövhəsi ilə qapanır.

Onurğa beyni dəbəliyi fəqərələrin arxa çıxıntılarının bitişməməsi nəticəsində onurğa beyninin sərt qişası, onun mayesinin və toxumasının dərialtına yerdəyişməsi nəticəsində təzahür edir. Ətraflarda hissiyyat və hərəki pozuntular parez və ifliclər, sfinktorların çatmazlığı qüsurun əsas əlamətləridir. Baxma zamanı fəqərə sütununun ortasında müxtəlif ölçülü yumşaq, elastikli törəmə görünür. Müalicəsi – cərrahi yolla aparılır.

Semra

loading...

Bunuda oxu...