İSTİ GÜNLƏRDƏ SAĞLAMLIQ ÜÇÜN TƏDBİRLƏR

Yayda havaların çox isti keçməsi uşaqdan böyüyə, hamıda narahatçılıq hissi yaradır. İsti hava ilə bağlı, sağlam insanlarda çətinlik olursa, xəstələr üçün bu havanı keçirtmək xüsusilə çətindir.

Bu səbəbdən də bir qrup insanlar, isti havalarda, sağlamlığı riskə atmamaq üçün daha diqqətli və tədbirli olmalıdırlar.

İstidən daha çox zərər çəkənlər:

loading...

Ürək, təzyiq, şəkərli diabet, xərçəng, böyrək xəstəlikləri olanlar

Hamilələr, 65 yaşdan yuxarı olan insanlar, 5 yaşdan kiçik uşaqlar

Normal çəkisindən çox az və piylənməsi olanlar

Psixoloji və ya psixiatrik pozğunluğu olanlar

Davamlı olaraq həkim məsləhəti olmadan pəhriz saxlayanlar

Gün ərzində kifayət qədər su içməyənlər.

Bu insanlar günün ən qızmar vaxtında bayırda olmamalı, digər vaxtlarda da mütləq havaya çıxarkən gündən qorunmaq üçün papaqdan və ya çətirdən istifadə etməli, dəriyə gündən qoruyucu vasitələr çəkməli və kifayət qədər maye qəbul etməlidirlər.

Dr. Barat Yusubov

loading...

Bunuda oxu...