İSİTQAC NƏDİR

İsitqacİsitqac iltihab proseslərinin sorulması, bədəni qızdırmaq və ağrını kəsmək üçün qoyulur. Rezin və elektrik isitqacları vardır. Rezin isitqac 1-1,5 1itr su tutan, ağzı tıxacla möhkəm bağlanan rezin qabdır.

İsitqacın 3/4 hissəsinə su tökülür (onun çox ağır olmaması üçün), sonra basıb havası çıxarılır, tıxac yaxşı burulub bərkidilir, isitqac ağzı aşağı çevrilir (su buraxıb-buraxmamasını yoxlamaq üçün), qurulanır, dəsmala bükülüb xəstəyə qoyulur. İsitqacın altında dərinin nə dərəcədə qızmasını yoxlamaq lazımdır. İsitqacın altında qalan dərinin qızarmaması üçün ona vazelin və ya yağ sürtülür.

Çox isti isitqacı əvvəlcə adyalın üstündən, sonra döşəkağının altına və axırda birbaşa bədənə qoyurlar. İsitqacı soyuyana qədər saxlayırlar. Zəif və ağır xəstələr istini həmişə tez hiss etmirlər, buna görə də isitqac onların bədənini yandıra bilər. Huşunu və dəri hissiyatını itirmiş xəstələrlə çox ehtiyatlı olmaq lazımdır.

loading...

Su isitqacından başqa elektrik isitqacı da vardır. Bundan istifadə etdikdə onun qızdırma dərəcəsini reostatla tənzim etmək mümkündür.  Tənzimləyici reostat şnurun balışdan çıxdığı yerdədir. Bu isitqaçı ara verməklə qoymaq lazımdır. İsitqac qoymağa əks-göstərişlər: qarın boşluğunda kəskin iltihab prosesləri (appendisit, xolesistit, pankreatit), şişlər, qanaxmalar, zədələnmələr (ilk saatlar).

Tibb bacısının məlumat kitabı — B.: «Çıraq» 2008.

loading...

Bunuda oxu...