İRRİQOSKOPİYA VƏ METEORİZM

İrriqoskopiya yoğun bağırsağın rentgenoloji müayinəsidir, bunun üçün qabaqca xəstəyə düzbağırsaqdan barium vururlar. 3 gün xəstə qaz əmələ gətirən qidalar (qara çörək, süd, kartof, kələm, alma, üzüm və s.) yemir. Ona asan həzm olunan qida: sıyıq, kisel, omlet, şorba, suda bişmiş ət və balıq təyin edirlər.

Xəstəni meteorizm (qazlar) narahat edərsə ona gündə 3 dəfə çobanyastığı dəmləməsi verir və axşam yeməyindən sonra qazçıxaran boru qoyur və 2 saat saxlayırlar. İşlətmə dərmanları təyin etmək tövsiyə edilmir, çünki bunlar qaz əmələ gəlməsinə səbəb olur. Müayinə ərəfəsində xəstəyə nahardan qabaq 30 q. gənəgərçək yağı verir, axşam 1 saat ara verib iki dəfə təmizləyici imalə qoyurlar.

Səhər yüngül səhər yeməyi verir, sonra imalə edir, yarım saatdan sonra isə ikinçi təmizləyici imalə edirlər. Bağırsaqların müayinəsinə 1 saat qalmış qazçıxaran boru qoyurlar. Rentgen kabinetində yoğun bağırsağa barium imaləsi edirlər.

loading...

Meteorizm bağırsaqlarda patoloji qaz əmələ gəlməsidir. Qarın çox köpür. Bəzən çoxlu hava udduqda, yaxud bağırsaq diskineziyasında təsadüf edilir, nadir hallarda—qazların bağırsaqlardan pis sorulması nəticəsində baş verir. Qara çörək, turşuya qoyulmuş kələm, süd meteorizmi artırır. Adətən meteorizm enterokolitlərdə, qaraciyərin sirrozu ilə birlikdə ürək çatışmamazlığı, habelə qarın boşluğunda aparılan operasiyadan sonra əmələ gəlir. Meteorizmi azaltmaq üçün gündə 2 dəfə, hər dəfədə 1 həb fəallaşdırılmış kömür, çobanyastığı imaləsi, pəhriz təyin edirlər.
Qazçıxaran boru qoymaq yaxşı kömək edir.

Tibb bacısının məlumat kitabı — B.: «Çıraq» 2008.

loading...

Bunuda oxu...