İNTELLEKTİN POZUNTULARI

İntellektİntellekt və ya əqli qabiliyyət yaddaşla sıx bağlıdır, ancaq onun əsasında yaranır.

Normal yaddaş intellekt üçün zəmin hazırlayır. Ancaq yaddaşı o qədər də güclü olmayan, lakin zəngin intellektual qabiliyyətə malik adamlar vardır. Və əksinə güclü yaddaşı olduğu halda intellekti zəif adamlar da olur. Deməli, intellekt yaddaşa əsaslansa da, tamamilə ondan asılı deyil.

Bezi alimlər intellekti abstrak (mücərrəd) təfəkkür kimi qələmə verir, onu insanın məqsədəuyğun fəaliyyət forması adlandırır. ABŞ, İngiltərə və digər qərb ölkələrində intellekti müxtəlif sınaqlar (testlər) vasitəsilə təyin edilən, ölçülə bilən psixi xüsusiyyət kimi qəbul etməyi təklif edirlər. İntellekt eyni zamanda fərdi olub hər bir şəxsin müstəqil inkişafı nəticəsində yaranır.

loading...

İntellektin səviyyəsi şəxsin xasiyyətində, mədəniyyətində, davranışında, ümumiyyətlə, psixi fəaliyyətinin bütün formalarında özünü büruze verir. İntellektin genişliyi, dərinliyi, çevikliyi və s. cəhətləri onun ayrı-ayrı xüsusiyyətlərini əks etdirir. İntellekti geniş şəxslər eyni vaxtda olduqca çox sahələri – həyati prosesləri, ayrı-ayrı şəxslərin xüsusiyyətlərini, müxtəlif istehsalat sahələrinin spesifikasını bilir və onlara öz münasibətini bildirirlər.

İntellektin dərinliyi dedikdə, şəxsin hadisələrin dərinliyinə girmək bacarığı, ən mürəkkəb hadisələri təhlil etmək, onların arasındakı qanunauyğunluqları dərk və şərh etmək qabiliyyəti kimi başa düşülür. Böyük kəşflər edən məşhur alimlər: İ. Nyüton, Ç. Darvin, A. Eynşteyn  və başqa alimlər dərin intellektə malik olmuşlar.

İntellektin müstəqilliyi hadisələrdən təkbaşına, heç kəsdən asılı olmadan baş açmaq, düzgün nəticə çıxarmaq qabiliyyətidir. Belə şəxslərin kənar adamların məsləhətinə ehtiyacı olmur, özünə tənqidi yanaşmaq qabiliyyəti yüksək olur. İntellektin çevikliyi onu lazım gəldikdə tezliklə müəyyən istiqamətə yönəltmək, vaxt itirmədən yeni-yeni yollar aramağı bacarmaq xüsusiyyətidir. Hər bir yaşın intellektual qabiliyyəti özünəməxsus tərzdə əks etdirmək cəhətləri vardır.

İntellektin pozulması, ağıl zəifliyi (kəmağıllıq) özünü, ilk növbədə, nitqdə göstərir.

Ağıl zəifliyi 3 qrupa bölünür: anadangəlmə ağıl zəifliyi – oliqofreniya (kəmağıllılıq), qazanılma ağıl zəifliyi – demensiya, yalançı ağıl zəifliyi – psevdodemensiya.

loading...

Bunuda oxu...