İNTELLEKTİ ARTIRMAĞIN YOLLARI

Ağıllı, həmçinin daha sağlam bədənə və psixikaya sahib olmaq, daha maraqlı həyat yaşamaq bu məsləhətlərlə mümkündür.

Bin an ərzində ağıllı olmaq mümkün deyil. Ağıllı olmaq həyat tərzidir.

Mütəmadi fiziki məşğələlər. Qan axını yaxşılaşır, beyinə gedən oksigen artır, psixika bərkiyir. Əsas olan mütəmadilikdir.

loading...

Yetərincə yuxu. Yuxunun azlığı diqqəti azaldır, yaddaşı zəiflədir, eşitməyə və reaksiyaya mənfi təsir edir.

Sağlam qida. Beyinə optimal iş üçün müəyyən səviyyədə qida maddələri gərəkdir. Menyunuzu genişləndirir, daha çox vitamin,  aminoturşular qəbul edin.

Siqareti atın. Siqaret beyin işini zəiflədir və koqnitiv funksiyalara mənfi təsir edir.

Alkoqolu azaldır. Az miqdarda alkoqol beyinin müxtəlif funksiyalarına fadalı ola bilər. Ancaq həddindən çox istifadə xroniki və kəskin sağlamlıq problemlərinə səbəb olar və koqnitiv pozuntular yaradar.

Daima yeni şeylər öyrənin. Məsələn xarici dil, musiqi. Bu beyini elastik edir. Riyaziyyat məntiqin və abstrakt düşüncənin inkişafında böyük rol oynayır. Həmçinin konsentrasiyanı artırır, IQ qaldırır.

Ağıllı savadlı insanlarla dostluq edin. Mütəmadi görüşün və müzakirələr edin. Çətin intellektual diskussiyalar, yeni ideyalar və perspektivlər beyninizi işlədəcək.

Həftəd azı bir ciddi kitab oxuyun. Söz ehtiyyatınız, biliyiniz artacaq, nitqiniz gözəlləşəcək. Gündəlik oxumaq gərəkdir.

Çətin kompyuter oyunları oynayın. Çətin qaydaları olan, strategiyalı və müəyyən psixika bilikləri tələb edən oyunları seçin.

Özünüzə inanın. Və normal həyat yaşayın.

 

loading...

Bunuda oxu...