İNTELEKTUAL İNSANLARIN XOŞBƏXTLİK PROBLEMİ …

EYNŞTEYNNəyə görə yüksək intellektə malik insanların əksəriyyəti xoşbəxt ola bilmir? Və ya özlərini xoşbəxt hiss etmirlər? Bu gün bunu bir neçə səbəbini sizinlə bölüşmək istəyirəm:

İntelektual insanların tələbləri böyükdür və yüksək standartları var. Onlar, demək olar ki, çox vaxt maksimalist olduqlarına görə, hər əldə etdikləri nailiyyətdən razı qalmır və daha yüksəkliyə can atırlar.

İntelektual insanlar özlərinə qarşı çox tələbkardırlar. Özlərini müəyyən “çərçivəyə” salmış bu insanlar, öz “ qayda-qanunları” ilə yaşayıb, ətrafındakı çox insanlarla dərin münasibətdən sanki qaçırlar…

loading...

İntelektual insanlar hər şeyi xırdalığına kimi analiz edirlər. Və nəticədə, çox vaxt xoşa gəlməz mənbələrlə qarşılaşıb, təəssüflük və məyusluq hissi yaşayırlar.

Dərin və güclü yaddaşa malik olan bu şəxslər heç vaxt heç nəyi unutmurlar, olub keçənlərdə daim özlərində bir günah, bir təcrübəsizlik axtarırlar.

Əslində, çox incə qəlbi olan bu insanların keçirdiyi “yaşantılar” nəticəsində yaranmış təəssüf və məyusluq onlarda dərin ünsiyyətin olmamasına, “ güvənsizlik” və “tənhalıq” hissinə gətirib çıxarır.

Ona görə də, yüksək İQ – lü insanlar çox vaxt psixoloji problemlərdən əziyyət çəkirlər. Onlarda bipolyar pozuntu və sosial narahatlılıq halları tez-tez rast gəlinir.

Psixolqo Almaz Əskərova

loading...

Bunuda oxu...