İNSULTUN BƏRPASINI ASANLAŞDIRIR

İnsultMançester universitetindən  olan elm adamları siçanlar üzərində yeni eksperimentlər keçiriblər. Onlar aşkar ediblər ki, IL-1Ra reseptorunun antoqonisti, insult keçirmiş hevanların, beyin hüceyrələrinin ölümünün qarşısını alıb. Həmçinin o yeni neyronların yaranmasına səbəb olub.

Tədqiqatçılar deyir ki, yeni nerv hüceyrələri insultdan sonra zərər çəkmiş beyin hissələrinin bərpasında iştirak ediblər. Alınmış nəticələrə görə
IL-1Ra insultdan sonra reabilitasiya prosesini tezləşdirir.

Əvvəlki eksperimentlər IL-1ra`in siçanlarda, insultdan sonra itirilmiş, hərəkət
funksiyalarının bərpasını mümkün etmişdir.

loading...

Preparat artıq müxtəlif xəstəliklərin müalicəsində insanlar tərəfindəndə istifadə olunur, onlardan biri revmatoid artritidir. Bundan əlavə, insult keçirmiş könüllülər üzərində aparılan eksperimentlər ilk etapda uğurlu nəticələnmişdir. Mütəxəssislər tədqiqatların davam edilməsinə ethiyyac olduğunu bildirilər.

Mənbə: The Indian Express

loading...

Bunuda oxu...