İNSULT NECƏ BAŞLAYIR?

İnsult beyin qan dövranının kəskin pozulması, yəni beyini qidalandıran damarlardan birinin və ya bir neçəsinin tamlığının pozulması, daralması, yəni spazmı, və ya tutulmasıdır.

Çox vaxt beyin damarları ürəkdən və ya böyük damarlardan qopan laxta ilə dolur və həmin andan o damarın qidalandırdırdığı beyin sahəsinə qan axımı kəsilir.

Beyinin hər hansı hissəsinin zədələnməsi həmin sahəyə müvafiq orqan və funksiyalara öz mənfi təsirini göstərir: görmə qabiliyyətinin pisləşməsi, çəpgözlük, ikili görmə, bir və ya ikitərəfli korluq, nitq pozulması, hətta sadə sözlərin tələffüzü çətinləşir, yuxarı və ya aşağı ətrafların əzələ zəyifliyi və hətta bir və ya ikitərəfli iflic olması, bəzən isə tarazlıq hissinin zəifləməsi, yerişin pozulması və s.

loading...

Bəzən isə xüsusilə kiçik və ya uc damarlar zədələndiyində atipik əlamətlər də ola bilər. Məsələn, kəskin başlayan başağrısı, başgicəllənmə, ürək bulanma-qusma, oriyentasiyanın-məkan və zaman hissiyatının itməsi və s.

Bəzən isə bu cür xəstələr səbəbsiz yorğun, yuxulu olur, deyə, onların müayinəsi və müalicəsi gecikdirilir.

Dr. Nərgiz Ağayeva

loading...

Bunlarıda bəyənə bilərsiniz ...