İNSULİN DİRƏNCİ

İnsulinİnsulin dirənci orqanizmdəki şəkərə nəzarət etmək üçün ifraz olunan insulinin təsirinin az olmasıdır. Normada orqanizm şəkəri 30-50 vahid insulin ilə nəzarət saxladığı halda insulin dirənci olan xəstələrdə orqanizm 2-3 dəfə artıq insulin ifraz edir. İnsulin dirənci artdıqca şəkəri normada saxlamaq üçün insulin ifrazı da artır. Bu da orqanizmdə həddindən çox insulin ifrazına səbəb olur.

Dünyada və ölkəmizdə gedərək artan piylənmə və diabet “insulin dirənci” olaraq adlandırılan metabolik sindromu yaradır.

Orqanizmdə yağ miqdarının artması insulin dirəncinə insulin dirənci də orqanizmdəki yağ miqdarının artmasına, yəni piylənməyə səbəb olur. insulin dirəncinin müalicə edilməsi üçün əvvəlcə qidalanma və idman vərdişi yaratmaq lazımdır.

loading...

İnsulin dirənci insulinin orqanizmdə artmasına səbəb olduğu üçün artıq çəki, qaraciyər yağlanması və ürək-damar sistemi xəstəliklərinə səbəb olur. İnsulin dirənci olan insanlar idman edib normal qidalansalar da, yenə də kilo verməkdə çətinlik çəkirlər.

Zamanla daha çox ifraz olunan insulin, mədəaltı vəzin insulin ifraz edən hüceyrələrində tükənməyə səbəb olur və diabet yaranır.

Qeyri-düzgün qidalanma və azhərəkətli həyat tərzi nəticəsində piylənmə yaranır ki, bu da insulin dirənci sindromunun yaranması üçün əsas səbəbdir.

Dr. Arzu Əyyubova

loading...

Bunuda oxu...