İNSANLAR NİYƏ YALAN DANIŞIR?

Yalanİnsanlar əksər hallarda özünə diqqət cəlb etmək üçün yalan danışır. Bəziləri hətta özlərinə yalanlardan ibarət olan bir dünya qururlar.

Yalana ən çox meylli isterik şəxsiyyət tipinə aid olan insanlardır. Onlar özünə qarşı maraq olmadığını hiss edəndə nəyin bahasına olursa olsun onu qazanmağa çalışır. Bu tip insanlar uydurduğu obraza o qədər alışırlar ki, öz fantaziyalarında tam həll olurlar…

Yalanı necə ayırmaq olar. Bu anda köməyimizə qarşımızdakı insanın jestləri gəlir…  Yalan danışan zaman insan çox vaxt gözə baxmır, əllərini ovuşdurur, barmaqlarını oynadır, əlini burnuna aparır, ağzını örtür. Əsəbi halda ətrafında səliqə səhman yaratmağa çalışır, əlində hansısa əşyanı, ya düymələrini oynadır, saçlarını düzəldir. Bütün bu jestlər həmin söhbətdən yayınmaq üçün istifadə olunur.

loading...

Təbəssümü saxta olur: dodaqlar qaçır, lakin baxışlar ciddidir. Əgər hansısa mövzunu müzakirə edəndə həmsöhbətinizin gözlərini yayındırdığını,  ağzını əli ilə örtdüyünü, bir qədər geri əyildiyini müşahidə edirsinizsə, deməli, o, bu barədə danışmaq istəmir və ona görə də yalan deməyə hazırdı.

Yalan danışan zaman insanın üzündəki ifadə və dediyi sözlər bir-birini tamamlamır. Lakin onu da qeyd etmək istəyirəm ki, bu dediklərimdən nəticə çıxararaq, hansısa bir jestə görə insana yalançı demək olmaz. Bunlar kompleks şəklində nəzərə alınmalıdır. Verbal reaksiyalar, yəni insan söhbətdən yayınır, o barədə danışmaq istəmir, ya da ki verdiyi cavablar mövzuya aid deyil…

Ümumiyyətlə, nə qədər məlumatımız olsa belə, yalanı həmişə aşkar etmək olmur, çünki “peşəkar” yalan danışanlar da var. Lakin əksər hallarda insana öz yalanlarına nəzarət etmək çətindir. O, əsəbləşir və aqressiv olur. Həmin an mövzunu gözlənilmədən dəyişəndə – düz danışan insanı bu təəcübləndirər, lakin yalan söyləyən buna sevinər.

İnsan davranışını müəyyən bir məqamda düzgün qiymətləndirmək üçün onun adi vaxtlarda adətən özünü necə apardığını bilmək lazımdır. Tanımadığımız insanın yalanını aşkar etmək çətindir.

Dr. Vefa Pashazadeh

loading...

Bunlarıda bəyənə bilərsiniz ...