İNSAN SKELETİNİN QURULUŞU

İnsan skeletiİnsanın skeleti üç şöbədən ibarətdir: kəllə, ətrafların və gövdə skeleti.

Kəllənin skeleti öz növbəsində iki şöbəyə bölünür: kəllənin beyin və üz şöbələri. Kəllənin üz şöbəsi üst çənə, burun, göz yaşı, damaq, aşağı burun, balıqqulağı, alt çənə, dilaltı sümük və digər sümüklərdən ibarətdir.

Gövdənin skeleti onurğa sütunu vərəqələrindən və döş qəfəsindən ibarətdir.  Onurğa sütununda 33-34 fəqərə olur ki, onlar da aşağıdakı şöbələr üzrə yerləşirlər: 7 ədəd boyun, 12 ədəd döş, 5 ədəd qursaq, 5 ədəd birləşmiş oma 4-5 birləşmiş büzdüm fəqərəsi.

loading...

Yeni doğulmuş körpələrdə onurğa sütunu demək olar ki, düzdür. Boyun lordozu uşaq başını sərbəst surətdə saxlayan zaman əmələ gəlir. Uşaq oturanda, ayaq üstə duranda və yeriyən zaman qurşaq lordozu yaranır və onun da formalaşması 15 yaşadək davam edir.

Onurğanın müxtəlif şöbələri qeyri-bərabər böyüyür. Məsələn, qurşaq fəqərələri daha sürətli, boyun fəqərələri isə zəif inkişaf edir.

Ətrafların skeleti. Sərbəst ətraf skeletinə və qurşaq skeletinə ayrılır. Yuxarı ətrafın qurşaq sümüklərindən biri olan körpücük sümüyü bir başı ilə döş sümüyünə, digər başı ilə kürək sümüyünün til çıxıntısının baş hissəsinə birləşir. Bədəndə horizontal yerləşir, bir qədər əyilib, latın hərfi s-ə oxşayır.

Aşağı ətrafların qurşaq sümüyünə çanaq sümüyü və büzdüm sümüyü aiddir. Hər bir çanaq sümüyü üç ədəd sümüyün birləşməsindən əmələ gəlir. Sümüklər bunlardır: qalça, qasıq və oturaq sümükləri. Aşağı ətrafın sərbəst sümüklərinə bud, baldır, qamış və incik sümükləri, daban, ayaq darağı və ayaq barmaq sümükləri aiddir.

loading...

Bunuda oxu...