İNSAN SAĞLAMLIĞINA TƏSİR EDƏN SOSİAL AMİLLƏR

Orqanizmə daim və bilavasitə təsir edən xarici muhit amillərinə fiziki, kimyəvi, bioloji və psixogen amillər aiddir. Xarici muhiti n fiziki amillərinə temperatur, rütubət, hava cərəyanı, atmosfer təzyiqi, vibrasiya, istilik və s. aiddir. Bunların bəziləri həyat üçün çox vacibdir.

Bizi əhatə edən muhitin kimyəvi amilləri ayrı-ayrı element və birləşmələr şəklində havanın, suyun, torpağın, yeyinti məhsullarının tərkibini təşkil edir və bunlar orqanizmə bilavasitə və ya dolayı yolla daxil olaraq onun həyat fəaliyyəti uçun vacib sayılır.

Xarici muhitin bioliji amillərinə patogen orqanizmlər, viruslar, helmintlər, bitkilər, göbələkciklər və s. aiddir. Bunlar orqanizmə daxil olaraq bir sıra xəstəliklərin və zəhərlənmələrin baş verməsinə səbəb olur. İnsanın sağlamlıq göstəricisinə təsir edən amillər icərisində psixogen amillər də mühüm yer tutur. Bunlara söz, mahnı, rəng, məktub, məqalə və s. aiddir.

loading...

Nəzərə almaq lazimdır ki, insan üçün xarici mühit heç də təbii şərait amilləri məcmusundan asılı deyil. İnsan müəyyən bir cəmiyyətdə yaşayır və cəmiyyətin sosial, iqtisadi, mədəni, istehsalat və s. şəraitindən və xüsusiyyətlərindən asılı olaraq onun orqanizmində müəyyən dəyişiklilər baş verir.

İnsanların sağlamlığına bilavasitə təsir göstərən sosial amillərə onların yaşayış-məişət və istehsalat şəraiti, qidalanması, uşaq və yeniyetmə təlim-tərbiyəsi aiddir.

Məlumdur ki, vərəm, raxit, qızılca, difteriya, skarlatina və s. yoluxucu xəstəliklərin yayılmasında insanların əlverişsiz yaşayış-məişət şəraiti mühüm rol oynayır. Qida çatışmazlığı ilə əlaqədar olaraq uşaqlarda əqli və fiziki inkişafın geri qalması, alimentar distrofiya, kvaşiorkor və s. xəstəliklər baş verir.

İstehsalat şəraitinin müxtəlif zərərli amillərin təsiri ilə əlaqədar müxtəlif peşə xəstəlikləri və zəhərlənmələri törənir.

Bu hadisələrin təhlili bir daha onu sübut edir ki, insanlar nəinki təbii amillərlə əlaqədar və onların təsiri altinda olur, məişət-yaşayış, iqtisadi, istehsalat, qidalanma şəraitləri də onların sağlamlıq göstəricilərinə əhəmiyyətli dərəcədə təsir edir.

Huru Feyzullayeva

loading...

Bunuda oxu...