İNSAN SAĞLAMLIĞI VƏ RİSK FAKTORLARI

İbtidai  insanda bütün heyvanat aləmi kimi ekosistemin nizamlanma və özünü nizamlama faktorlarının təsirinə məruz qalmış, onun ömrü çox olmamış, populyasiyanın sıxlığı olduqca aşağı olmuşdur. Başlıca məhdudlaşdırıcı faktorar hipodinamiya və yarımaclıqdan ibarət olmuşdur.

Ölüm səbəbləri arasında birinci yerdə təbii səciyyəli xəstəlik törədən təsirdən dururdu. Onlar arasında bir qayda olaraq təbii mənbəyə  malik olan yoluxucu xəstəliklər xüsusi yer tuturdu.

Bir çox yoluxucu xəstəliklərin mahiyyəti onların törədicilərinin təbiətdə insan və ev heyvanları ilə əlaqəsi olmadan müəyyən ərazilərdə yayılmasıdır. Onlar vəhşi heyvanların orqanizmində parazitlik edirlər. Təbii mənbə  xəstəlik törədiciləri vəhşi heyvanlar,  xüsusən gəmiricilər, quşlar, həşərat və gənələr hesab olunur .

loading...

Bütün heyvanlar ekosistemin biosenozunun tərkibinə daxil olub müəyyən biotopla əlaqədardır. Buna görə də, təbii mənbə xəstəlikləri müəyyən ərazi,  buvə ya digər landşaft tipi, deməli, oranın iqlimi ilə sıx bağlı olub mövsümi xarakter  daşıyır.

Pavlovski «təbii ocaq»  anlayışını ilk olaraq tövsiyə etmiş  və taun, tülyaremiya, gənə və ağcaqanad ensefaliti, səpmə yatalağı, bəzi helmin tozları təbii ərazi xəstəliklərinə aid etmişdir. Tədqiqatlar göstərir ki, bir təbii ərazidə, ocaqda, bir neçə xəstəlik ola bilər.

Təbii mənbə xəstəlikləri XX əsrə qədər insanların ölümünün əsas səbəbi olmuşdur. Bu xəstəliklərdən ən dəhşətlisi taun xəstəliyi sayılır. Bu xəstəlikdən orta əsrlərdə və bir qədər sonrakı dövrlərdə arası kəsilməyən müharibələrdə olduqca çox insane ölmüşdür. Taun insan və heyvanlarda kəskin yoluxucu xəstəlik olub karantin hesab olunur. Bu xəstəliyin törədicisi taun mikrobu sayılır.

Taunun epidemiyası dünyanın bir sıra ölkələrində yayılmışdır. Eramızdan əvvəl VI əsrdə Şərqi Roma İmperiyasında 50 il ərzində bu xəstəlikdən 100 mln-dan artıq adam ölmüşdür.  XIV əsrdən etibarən taun xəstəliyi dəfələrlə Rusiyada, o cümlədən Moskvada qeydə alınmışdır. XX əsrdə ən böyük taun epidemiyaları Hindistanda qeydə alınmışdır .

İnsanı əhatə edən ətraf mühitlə bağlı olan xəstəliklərə qarşı daim mübarizə aparılsa da hazırda da baş verir. Onların baş verməsi qismən son dərəcə ekoloji təbii səbəblərlə, məsələn xəstəlik törədicilərin daşıyıcılarının və özlərininrezis –tentliyi  ilə aydınlaşdırılır .  Bu proseslərə malyariya ilə mübarizəni səciyyəvi misal göstərmək olar.

Malyariya plasmodium cinsindən olan parazitlə yoluxur, bu xəstəliyə yoluxan ağcaqanadın dişləməsi ilə keçirilir. Bu xəstəlik ekoloji və social – iqtisadi problem sayılır . Malyariyaya qarşı ekoloji cəhətdən özünü doğrultmuş kompleks mübarizə metodlarından – «həyat mühitinin idarə edilməsi» indən istifadə olunur. Bura bataqlıqların qurudulması, suyun duzluluğunun azaldılması və s. aiddir.

Digər metod qrupu – bioloji metod olub ağcaqanadın təhlükəliyini azaltmaq üçün istifadə olunur; bu məqsədlə 40 ölkədə 250 növdən çox sürfə ilə qidalanan balıqlardan, həmçinin ağcaqanadda xəstəlik törədən və onu məhv edən mikrobdan istifadə olunur.

Taun və digər infeksiya xəstəliklər müxtəlif yaşlı insanların ölümünə səbəb olmuşdur. Bu əhalinin sayın artmasını ləngitmişdir, yer üzərində 1860 – cı ildə əhalinin sayı 1 mlda. çatmışdır. Lakin XIX əsrin sonunda Paster və başqa alimlərin yeni kəşfləri XX əsrdə profilaktik tibbin inkişafına, çox ağır xəstəliklərin müayinəsinə, həyatın səhiyyə – gijiyena şəraitinin xeyli yaxşılaşmasına böyük təkan oldu, təbii – mənbə xəstəlikləri kəskin azaldı,  bəziləri isə praktiki olaraq ləğv olundu.

Bəzi təbii-mənbə xəstəliklərinin yoluxdurulması sahib –heyvan hücumu və dişləməsi, su, qida, hava–damcı vasitəsilə ötürülür. Quduzluq kəskin yoluxucu xəstəlik olub dünyanın hər yerində müşahidə olunur. Xəstəliyin inkubasiya dövrü 30 gündən 90 günə kimidir. Qeyriyoluxucu endemic xəstəliklər də mövcuddur. Belə xəstəliklər həmin ərazidəki torpağın, suyun və havanın xüsusi tərkibi ilə əlaqədardır.

Biokimyəvi vəziyyət ilə əlaqədar ən geniş yayılan xəstəliklərdən yod çatışmazlığı ilə bağlı olan endemic zobu, flüorun izafiliyindən yaranan flüorozu, əksinə flüorun çatışmazlığından yaranan dişlərin kariyesini, dəmir çatışmazlığından baş verən anemiyanı göstərmək olar.

Yod insan orqanizmi üçün vacib olan mikroelement sayılır. Su və qida vasitəsilə daxil olan yodun insan orqanizmi üçün sutkalıq norması 0,05 mq-dır. Təbii sularda yodun miqdarı kifayət qədər deyilsə, bu ərazidə yetişdirilən kənd təsərrüfatı məhsullarında da onun miqdarı az olar. Bunun nəticəsində insanda maddələr mübadiləsi pozulur , inkişaf ləngiyir, psixika da pozulur.

Risk faktoru  müəyyən xəstəliyin bilavasitə səbəbi sayılmayan, lakin onun baş verməsi ehtimalını artıran ümumi faktorların adıdır. Bura həyat şəraiti və tərzi xüsusiyyətləri, həmçinin orqanizmin anadangəlmə və ya qazanılan xüsusiyyətləri aid edilir.

Onlar fərddə xəstəlik ehtimalını artırmaq , yaxud mövcud xəs-təliyin gedişinə və proqnozuna əlverişsiz təsir göstərmək qabiliyyətinə malikdir.  Adətən bioloji, ekoloji və social risk faktorları ayrılır. Əgər risk faktorlarına bilavasitə xəstəliyə təsir göstərən faktorlarla da əlavə edilsə, onlar birlikdə sağlamlıq faktorları adlanır, onlar da analoji təsnifata malikdir.

Bioloji risk faktorlarına genetik və ontogenez dövründə insan orqanizminin qazandığı xüsusiyyətlər aiddir . Məlum olduğu kimi, bəzi xəstəliklərə çox vaxt müəyyən milli və etnik qruplarda rast gəlinir. Hipertoniya, xora xəstəlikləri, şəkər diabeti  və s. xəstəliklərə irsi meyillik də mövcuddur.

Atmosferin fiziki və kimyəvi xassələrinin dəyişməsi, məsələn, bronx – ağciyər xəstəliyinin inkişafına təsir göstərir. Temperaturun , atmosfer təzyiqi -nin və maqnit sahəsinin gərginliyinin sutkalıq kəskin dəyişməsi ürək-damar xəstəlik-lərinin ağırlaşmasına səbəb olur.

loading...

Bunuda oxu...