İNSAN HƏYATINI DƏYİŞDİRƏN 12 KARMA QANUNU

Karma qanunlarıKarma xarici dünya ilə qarşılıqlı hərəkət nəticəsində meydana çıxan təsir qüvvəsidir. Karma pis və ya yaxşı olur. Onun yaxşı və ya pis olması bizim düşüncə, duyğu, emosiya və hərəkətlərimizdən asılıdır.

Ali qanun

Həyat sizə ona yatırdığınız sərmayəni artıqlaması ilə geri qaytarır. Xoşbəxt olmaq və həyatınızın böyük sevgisini tapmaq istəyirsiniz? Odur ki, başqalarına hörmət edin, qayğısına qalın, xeyirxahlıq edin və sevin.

loading...

Yaradılış qanunu

Həyatda heç bir şey öz-özünə baş vermir, siz bunun üçün iş görməlisiniz. Özünüz olun!

Artım qanunu

İrəli getmək üçün başqalarını yox, özünüzü dəyişdirin. İnsan öz düşüncələrini dəyişən kimi xarici amillər də dəyişir.

Təvazö qanunu

Nəyisə dəyişmək üçün onun taleyin hökmü olduğunu qəbul etmək lazımdır. İnsanlarda yaxşı keyfiyyətləri görməyə çalışın. Fikrinizi dostlar üzərində cəmləyin, düşmənlər üzərində deyil.

Məsuliyyət qanunu

İstənilən problemlərin mənbəyi sizsiniz. Fərd dünyanın əksidir. Bütün həyatınızın məsuliyyətini özünüz daşıyırsınız.

Qarşılıqlı əlaqə qanunu

Hər bir əməlimizin mütləq bir nəticəsi var. Nəticə əldə etmək üçün nə isə etmək lazımdır. Məqsədsiz üzən gəmini külək sahilə aparıb çıxarmayacaq. Hədəfə gedən yolda atılan bütün addımlar əhəmiyyətlidir, hətta ən kiçiyi belə.

Fokuslanmaq qanunu

Fikrinizi hər zaman yalnız bir istiqamətə fokuslayın. Daha yüksək hədəflərə çatmaq istəyən insanı yıxmaq çox çətindir.

Minnətdarlıq qanunu

İnsan keçdiyi öz təcrübələri əsasında öyrənir və şükür edir.

Burada və indi qanunu

Keçmişin təəssüfkeşliyini çəkməyin və gələcəyi tələsdirməyə çalışmayın. Bu günlə yaşayın. İnsan həyatında bütün yaxşı hadisələr gözlənilmədən baş verir. Keçmiş yenilərin peyda olmasına mane olur.

Səbir və mükafat qanunu

Dəyərli mükafatlar böyük əziyyət tələb edir. Sevdiyiniz işləri sevgi, sevinc və böyük şövqlə yerinə yetirin və bilin ki, müqabilində sizi mükafat gözləyir.

Dəyişmə qanunu

Həyat bizim üçün bəzən elə situasiyalar hazırlayır ki, məhz onun sayəsində inkişaf edir və müdrik oluruq. Çalışın ki, onlardan dərs çıxara və maksimum faydalana biləsiniz. Zamanla hər şey axır və hər şey dəyişir.

Ruhlandırma qanunu

İnsan layiq olduqlarını qazanır. Sevgi ilə görünlən hər bir iş bizi həmişə ruhlandırır və həyat eşqini gücləndirir.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...