İNHALYASİYA

İnhalyasiyaİnhalyasiya dərman maddələrinin nəfəslə bədənə daxil  edilməsi metodudur. Nəfəs aldıqda qaz halında olan (oksigen, karbon qazı), tez buxarlanan (efir, xloroform), habelə narın toz halında olan maddələr (aerozollar) udulur.

Aerozol əmələ gəlməsi üçün pulverizator prinsipi ilə qurulmuş xüsusi aparatlardan istifadə edirlər: sıxılmış hava və ya oksigen dərman məhlullarını narın toz halına salır və xəstələr bu tozla nəfəs alırlar.

İnhalyasiya zamanı sakit və dərindən nəfəs almaq lazımdır. Bronxial astmalı – xəstələr üçün evdə istifadə olunan inhalyatorlar vardır. Dərman maddəsi plastik kütlədən azırlanmış borucuqda olur, ona rezin balon taxılmışdır. Xəstə balonu sıxıb havanın gücü ilə dərmanı özünün tənəffüs yollarına buraxır. Çox vaxt dərman maddələrini buxar halında udurlar, bunun üçün xüsusi aparat—buxar, inhalyatoru vardır.

loading...

Aparatdan çıxan buxarın xəstəni yandırmaması üçün onu aparatdan aralı oturdurlar. Xəstə buxarı ağzı ilə nəfəs alıb udur. Aerozollar yaxşı kömək edir — bronxları genəldir, bəlğəmi yumşaldır və s. Tənəffüs yollarının selikli qişasını zərərli təsirlərdən qorumaq üçün inhalyasiyadan profilaktika tədbiri kimi də istifadə etmək olar.

Yağ inhalyasiyaları üçün bitki yağları; badam və şaftalı yağı, təmizlənmiş günəbaxan yağı və s. işlədilir. Bəzən yağa mentol (1-3%), qatırlar, o, ağrıkəsici və zəif bakterisid xassəyə malikdir.

Burun udlağın infeksion xəstəliklərində evkalipt yağı qarışdırılmış antibiotikli inhalyasiya yaxşı kömək edir. Bu zaman tənəffüs yollarnın selikli qişası qızararsa və quru olarsa antibiotiklərdən imtina etmək lazımdır. Kurortlarda təbii aerozollardan, çox vaxt qələvi aerozollarından istifadə edirlər.

Bəzən qələvi inhalyasiyalarını yağ inhalyasiyaları ilə birlikdə aparırlar. Bu zaman xəstə əvvəlvə qələvi ilə nəfəs alır, sonra 15 dəqiqə fasilə verib yağ inhalyasiyası qəbul edir, çünki yağ hissəcikləri dərmanı selikli qişaya qonmağa qoymur.

Tibb bacısının məlumat kitabı — B.: «Çıraq» 2008.

loading...

Bunuda oxu...