İNFORMATİKA

Personal kompyuterİnformatika informasiyanın hesablayıcı aparat vasitəsilə emalı, saxlanması və avtomatlaşdırılmasını öyrənən elmdir. Qısacası İnformatika informasiya haqqında elmdir.

Qərbdə İnformatika Computer science adlanır, bu isə ingiliscədən Kompyuter elmləri kimi tərcümə olunur. Bu İnformatikanın sahəsini böyüdərək kompyuterləridə onun predmetinə çevirir.

İnformatika terminini ilk dəfə Karl Şteynbax 1957-ci ildə Informatik: Automatische Informationsverarbeitung (İnformatika: İnformasiyanın avtomatlaşdırılmış emalı məqaləsində istifadə edib.

loading...

İnformatikanın qısa tarixi belədir:

1642-ci ildə fransız alim Blez Paskal cəmləyici maşın hazırlayır, bu özünə bənzər ilk ixtiradır. 31 il sonra alman alim Vilhelm Leybnis arifmometr yaradır, hansıki hesablama bacarır. 1830-cu ildə ingilis injiner Çarlz Bebic analitik maşın, yəni proqramla işləyən hesablama maşının, konsepsiyasını yaradır. Bu isə sonralar universal kompyuterlərin yaradılmasının əsasını qoyur. Yüz il sonra dahi ingilis alimi Alan Turinq, kompyuterin atası, universal kompyuterin nəzəri əsaslarını təkmilləşdirir.

Ötən əsrin 40-cı illərində Amerikalı alimlər C.Neyman, Q.Qoldsteyn və A.Beris müasir kompyuterlərin əsas iş prinsiplərini açıqlayır. Bu prinsiplər ilk universal kompyuter ENİAKın yaranmasında həyata keçirilir. Kompyuter 1946-cı ildə ABŞ-da yaradılır. Bu tarix müasir kompyuter, hesablayıcı texnikanın yaranmasının başlanğıcı sayılır. Proses sürətlə inkişaf edir.

Top Superkompyuterlər

İnformatika tətbiqi və nəzəri sahələrə bölünür, sonuncularda bir çox hissələrədən ibarətdir. İnformatikanın əsasını informasiya, alqoritm, riyazi statistika, məntiq, kombinatorika, formal qrammatika təşkil edir. İnformasiya elminin əsas inkişaf istiqamətini isə daha mükəmməl aparat vasitələrinin və proqram təminatlarının işlənilməsi, informasiya nəzəriyyəsi, proqramlaşdırma dilləri, kompyuter şəbəkələri, süni intellekt və sarələri təşkil edir.

İnformatika həmdə birləşdirici elmdir, o riyaziyyat, məntiq, fizika, sosiologiya, fəlsəfə və psixologiyanı özündə cəmləşdirərək onlardan istifadə edir. Və bir çox sahələrdə fayda verir. Hesablayıcı aparatların sürətli inkişafı, kompyuterləşmə proresi və informasiya erası informatikanı müasir dövrün mərkəzi elm edir.

İnformatikan iqtisadiyyatda aktiv tətbiq olunur. Burada o əsasən informasiyanın emalı və analizində istifadə olunur. Bu proses iqtisadi informatikanın formalaşmasına gətirib çıxarır. İnformatikanın elmin digər sahələrində istifadəsi yeni elmi sahələrin yaranmasına səbəb olur.

Məsələn riyazi informatika, nəzəri informatika, texniki informatika, geoinformatika, tibbi informatika, kimyəvi informatika, bioinformatika, sosial informatika, psixoinformatika və sarələri kimi.

loading...

Bunuda oxu...