İNFEKSİON XƏSTƏLİKLƏRİN TƏSNİFATI

Qədim dövrlərdən indiyə qədər infeksion xəstəliklərin bu və ya digər prinsiplərə əsaslanan təsnifatlarını vermişlər. XX əsrin ortalarında bütün infeksion xəstəlikləri iki qrupa bölməyi təklif etmişlər:

  • antroponozlar – yalnız insanlara xas olan və insandan insana ötürülən xəstəliklər.

  • zoonozlar – həm heyvanlara, həm də insanlara xas olan və heyvanlardan insana ötürülən (insandan insana yoluxmayan) xəstəliklər.

Sonralar törədicilərin yaşadığı mühit nəzərə alınmaqla, ekoloji təsnifat irəli sürülmüşdür. Əks cpidemik tədbirlərin planlaşdırılmasmda, həyala keçirilməsində əhəmiyyəti olan bu təsnifatda törədicilərin yaşamaq üçün uyğunlaşdığı mühitdən kənarda mövcud ola bilməməsi prinsipi əsas götürülmüşdür və üç qrupa ayırmışlar: – antroponozlar (qarın yatalağı, difteriya, qızılca və s.); – zoonozlar (bruselloz, samoneiloz, quduzluq və s.); – sapronozlar – abiotik mühitdə – torpaq, su, bəzi bitkilər və s. – yaşamağa uyğunlaşmış törədicilərin törətdiyi xəstəliklər (legionelloz, klostridiozlar, NAQ infeksiya, vəba və s.) uyğun gəlir. Hazırda tam kamil olmasa da 43-cü Ümumdünya Səhiyyə Assambleyasının xəstəliklərin beynəlxalq təsnifatına 10-cu baxışı zamanı qəbul olunmuş təsnifat təklif edilir:

Sapronozlar içorsindən saprozoonozlan da (törədiciləri həm xarici mühitdə, həm də heyvanlarda yaşayan) ayırırlar. Bu qrupa qara yara, iersinioz, lcptospi-roz, listerioz, yalançı vərəm və s. aid etmək olar.

loading...

Keçmiş SSRİ məkanında vaxtı ilə rus alimi L.B. Qromaşevskinin təklif etdiyi təsnifat istifadə edilirdi. Bu təsnifat törədicinin yoluxma mexanizminə və orqanizmdə lokallaşmasına əsaslanmışdı. Bütün infeksiyaları 5 qrupa ayırırdı:

  • bağırsaq infeksiyaları – fekal-oral yoluxma

  • tənəffüs yollarının infeksiyaları – hava-damcı yolu ilə yoluxma

  • transmissiv və ya qan infeksiyaları – qansoran həşəratlar vasitəsi ilə yoluxma.

  • xarici örtük infeksiyaları – təmas yolu ilə yoluxma

  • müxtəlif yoluxma mexanizminə malik infeksiyalar.

Qromaşevskinin verdiyi bu təsnifat kamil olmayıb antropanoz xəstəlik mənşəli və ibtidailərin törətdiyi xəstəliklər daxildir

  • bağırsaq infeksiyaları: bura fekal-oral yoluxma mexanizminə malik bir çox bakterial, virus.

  • vərəm

  • bakterial zoonozlar

  • digər bakterial xəstəliklər

  • cinsi yolla ötürülən infeksiyalar

  • spiroxetaların törətdiyi digər xəstəliklər

  • xlamidiyaların törətdiyi digər xəstəliklər

  • rikketsiozlar

  • mərkəzi sinir sisteminin virus infeksiyaları

  • buğumayaqlılarla ötürülən virus mənşəli qızdırmalar, hemorragik qızdırmalar

  • dəri və selikli qişaların zədələnməsi ilə gedən virus infeksiyaları

  • virus hepatiti

  • insan immun çatmamazlıq virusu – İİV- infeksiyası

  • digər virus infeksiyaları

  • mikozlar

  • ibtidailərin törətdiyi infeksiyalar

  • helmintozlar

  • pedikulyoz, akaria və digər infektasiyalar

  • infeksion və parazitar xəstəliklərin nəticələri

loading...

Bunuda oxu...