İNFEKSİON XƏSTƏLİKLƏRİN PROFİLAKTİKASI

DEZİNFEKSİYA, DEZİNSEKSİYA, DERATİZASİYAİnfeksion xəstəliklər təsadüfi olmayıb, insan cəmiyyəti tarixində onunla birlikdə inkişaf edən və dəyişən qanunauyğun təzahürlərdir. Bir infeksiyanı başqası əvəz edir, bununla da onların profilaktikasının yeni problemləri yaranır.

İnfeksion xəstəliklər üzrə profilaktik tədbirləri şərti olaraq iki böyük qrupa – ümumi və xüsusi qrupa bölmək olar.

Ümumi profilaktika tədbirləri qrupuna əhalinin maddi rifah halının yüksəldilməsinə, tibbi təminatın əmək və istirahət şəraitinin yaxşılaşdırılmasına yönəldilmiş dövlət tədbirləri, habelə sanitariyatexniki, aqromeşə-texniki, hidro- texniki və meliorasiya tədbirləri, yaşayış məntəqələrinin tikintisi və səmərəli planlaşdırılması tədbirləri, infeksion xəstəliklərin profilaktikasında və ləğv edilməsində müvəffəqiyyətlərə imkan verən bir çox başqa tədbirlər aid edilir.

loading...

Xüsusi tədbirlər qrupuna müalicə-profilaktika və sanitariya-epidemioloji idarələrin mütəxəssislərinin gördüyü profilaktik tədbirlər aid edilir. Bu tədbirlərin həyata keçirilməsində səhiyyə orqanları ilə yanaşı, başqa nazirliklər və baş idarələr, habelə əhalinin geniş təbəqəsi iştirak edir. Məsələn, zoonoz xəstəliklərinin (manqo, dabaq, brusellyoz, qarayara və s.) profilaktikasında kənd təsərrü¬fatı orqanları, baytar xidməti, yun və xam dəri emalı müəssisələri iştirak edir. Profilaktik tədbirlərin planlaşdırılmasma və yerinə yetirilməsinə səhiyyə orqanları nəzarət edir. Məsələn, xüsusi təhlükəli (karantin) infeksiyalara aid olduqda, profilaktik tədbirlər sistemi həm də beynəlxalq tədbirləri əhatə edir.

İnfeksiya mənbəyinə qarşı profilaktika tədbirləri mühüm rol oynayır. Antroponoz xəstəliklərdə infeksiya mənbəyi insan-yoluxmıış xəstə və ya törədici mikrob gəzdi- ricisi, zoonoz xəstəliklərdə isə infeksiyalaşmış heyvan olur.

İnfeksion müalicə-diaqnostika şöbəsinin sturuktur bölmələri vardır: 1) bokslu qəbul şöbəsi; 2) bir növ infeksiyalı xəstələrin hospitalizasiyası üçün ixtisaslaşdırılmış şöbələr; 3) bokslu (diaqnostik) şöbə; bunun tərkibində xüsusi təhlükəli infeksiyalı xəstələrin qəbulu üçün hazırlanmış bokslar olur; 4) intensiv terapiya və reanimasiya şöbəsi; 5) cərrahlıq şöbəsi; 6) klinik, bakterioloji, seroloji, virusoloji, biokimyəvi laboratoriyalar; 8) mərkəzi sterilizasiya şöbəsi.

Rejimli tədbirlər kompleksində xəstənin yoluxucu ifrazatının, qabqacağının, dəyişəyinin, otağının və işlənən alətlər kompleksinin dezinfeksiyası mühüm yer tutur. Hospitalizasiya olunmuş xəstələrin səmərəli kompleks terapiyası infeksion xəstəliklər barəsində görülən profilaktik tədbirlərdən biri sayılır. Xəstələr tam klinik sağaldıqdan və hər bir infeksiya üçün yenidən yoluxma ehtimalının müəyyən edilmiş müddəti keçəndən sonra stasionardan çıxarılırlar.

Aşkar edilmiş bakteriyagəzdirənləri işdən müvəqqəti uzaqlaşdırır, qeydiyyata götürür və onları planlı qaydada bakterioloji müayinə edirlər.

Hazırda epidemik prosesin ikinci hissəsinə yönəldilmiş bütün profilaktik tədbirləri üç əsas qrupa bölürlər: sanitariya- gigiyenik, dezinfeksiya və dezinseksiya tədbirləri.

İnfeksiya mənbəyinin ötürülmə yollarına təsir edən profilaktik tədbirlərə infeksion xəstəliklər ocaqlarında, həmçinin infeksion xəstəliyin varlığından asılı olmayaraq ictimai yerlərdə (vağzallarda, nəqliyyatda, ümumi yataqxanada, ümumi tualetlərdə) aparılan dezinfeksiya da aiddir.

Tənəffüs yollarının infeksiyaları (qızılca, məxmərək, difteriya, skarlatina, qrip və s.) zamanı törədici mikrobun yoluxma yollarını aradan qaldırmaq üçün tədbirlərin aparılması bağırsaq infeksiyalarmdakına nisbətən böyük çətinlik törədir. Tənəffüs yolları infeksiyalarmm havadan verilməsi mexanizmində bakterial aerozollar (damcı və nüvə) və bakterial toz iştirak edir. Tənəffüs yollarının törədici mikrobları xarici mühitdə azdavamlı olan infeksiyalarda (qızılca, su çiçəyi, məxmərək, epidemik parotit) dezinfeksiya, demək olar ki, tətbiq edilmir.

Dezinfeksiya əsasən skarlatina və difteriya zamanı aparılır. Transmissiv infeksiyaların qarşısını almaq üçün törədici mikrobları yayan qansoran gənələrin, həşaratların məhv edilməsinə yönəldilmiş dezinseksiya vasitələri böyük əhəmiyyət kəsb edir. Həmçinin yoluxdurucularm dişləməsindən və hücumundan kollektiv və fərdi qorunma tədbirləri tətbiq edilir.

İnfeksion xəstəliklərlə mübarizənin bir yolu da epidemik zəncirin üçüncü hissəsi – əhalinin həssaslığı barədə tədbirlərin işlənib hazırlanmasıdır.

Süni aktiv immunitet yaratmaq üçün vaksinlər (vaksinlə profilaktika) tətbiq edirlər. Süni passiv immunitet yaratmaq üçün immun serumlardan (seroprofilaktika) istifadə edilir.

Bütün vaksinlər canlı, ölü və kimyəvi vaksinlərə bölünür. Canlı vaksinləri virulentliyi zəiflədilmiş mikroblardan hazırlayırlar. Təbii çiçəyə qarşı immunlaşdırma aparmaq üçün canlı vaksinin effektliyini ingilis alimi E.Cenner (1796) göstərmişdir. Bu vaksində insanlar üçün azvirulentli inək çiçəyinin törədici mikrobları olmuşdur. Öldürülmüş vaksinləri mikroorqanizmlərin kulturala- rını qızdırmaqla (qızdırılmış vaksinlər), formalinin (formol vaksinlər) və ya başqa kimyəvi vasitələrin (fenol, spirt) təsiri ilə alırlar.

Peyvəndlər yalnız tibbi idarələrdə: poliknikalarm, ambulatoriyaların, tibb məntəqələrinin peyvənd kabinetlərində aparılmalıdır.

Süni aktiv immunitet vaksin yeridildikdən dərhal sonra deyil, spesifik, hüceyrə və humoral müdafiə amillərinin hasil edilməsi üçün lazım olan vaxt keçəndən sonra yaranır. Bu, adətən, bir neçə həftə çəkir.

loading...

Bunuda oxu...