İNFEKSİON İLTİHABİ XƏSTƏLİKLƏR VƏ ANTİBİOTİKLƏR

Antibiotik mikrob tərəfindən ifraz olunan maddələrdir ki, mikroblar öz cəmiyyətlərini tənzimləmək üçün istifadə edirlər. Başqa sözlə bir mikrob koloniyasına hansısa yad bakteriya düşərsə mikroblar deyilən antibiotikləri ifraz edərək bir silah kimi yad bakteriyanın məhvi üçün istifadə edirlər.

İnsanlar da bakteriyaların öz silahi ilə yəni antibiotiklə onların özlərini məhv etməyi bildilər. İlk antibiotik 1928-ci ildə Londonda Aleksandr Fleming adlı həkim tərəfindən kəşf edildi.

Kəşfin maraqlı olan nuansı budur ki, petri kasacığında bakteriya koloniyası yetişdirilən zaman təsadüfən petri kasacığına düşən çağırılmamış qonaqlar olan göbələk sporları yeni koloniyaya başlanğıc verdilər. Nəticədə isə yetişdirilən bakteriyaların çoxalıb artması dayandı. Bu isə göbələk sporlarının antimikrob maddə ifraz etməsinə bağlı idi. Beləliklə penisillin kəşf edildi və antibiotik erası başladı.

loading...

Zaman keçdikcə törədiciləri bakteriyalar olan xəstəliklərin müalicəsində antibiotiklərin geniş tətbiq olunmasına baxmayaraq nəticələr əldə olunmadı. Səbəbi araşdırıldıqda mikrobların antibiotiklərə davamlılıq əldə etdiyi məlum oldu.Bu qabiliyyətə tibbdə rezistentlik deyildi. Bakteriyaların bu qabiliyyətini şəraitə uyğunlaşaraq onların xüsusi ferment istehsal etmək xüsusiyyəti verdi. Bu fermentlər isə penisillin malekullarını parçaladı.

Məcburən bu fermentlər tərəfindən sıradan çıxarıla bilməyən yarımsintetik antibiotiklərin istehsalına başlanıldı. Mikroblar isə daim evolyusiya prossesinə uğrayaraq yenə dözümlülük əldə edir və bu cür dözümlü mikroblar çoxalaraq artır. Çünki əldə olunan dözümlülük genetik yolla artan bakteriya koloniyalarına ötürülür.

Ona görə istər sidik ifrazat sisteminin cinsi yolla yoluxan, istərsə də qeyri cinsi infeksion iltihabi xəstəliklərində müvafiq törədici təyin edilmədən antibiotiklərin kor-koranə istifadəsi nəinki həmin törədicini öldürər, hətta həmin törədicidə istifadə olunan antibiotikə qarşı dözümlülük yaradaraq bu cur antibiotikə dözümlü yeni bateriya koloniyalarının bölünüb çoxalmasına səbəb olar.

Sidik ifrazat və cinsiyyət sistemi orqanlarının infeksion iltihabi xəstəliklərinin əlamətləri olduqda törədicinin təyin olunması üçün analizlərin edilməsi mütləqdir.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...