İNFARKTIN QARŞISINI ALAN QİDALAR

Sağlam məhsulÜrək xəstəlikləri dövrümüzün ən təhlükəli və yayılmış xəstəliklərindəndir. Ancaq sağlam qidalanma və düzgün pəhriz ürəyinizi qoruya bilər.

Faydalı qidaların siyahısı belədir:

Nar

loading...

Antioksidant, təzyiqi aşağı salır, qan dövranını nizamlayır və hemoqlobin səviyyəsini artırır.

Yağlı balıqlar

Yağlı balıqlar ritm pozuntusu və damar tıxanıqlığının qarşısını alır. Həftədə 2-3 gün bu balıqlardan yeyə bilərsiniz.

Sarımsaq

Damarları açır, təzyiqi aşağı salır, damarların daralmasına maneə olur, aterosklerotik düyünlərin meydana gəlməsinin qarşısını alır.

Darçın

Ürək və damar xəstəlikləri ilə mübarizə aparır. Maddələr mübadiləsini sürətləndirir və çəkini azaltmağa kömək olur.

Saf zeytun yağı

Gündə yalnız bir neçə qaşıq zeytun yağı pis xolesterolu azaldır, qan şəkərini tənzimləyir.

Alma və armud

Lif baxımından zəngin olan alma və armud ürəyi qoruyur. Qan dövranını nizamlayır.

Avokado

Pis xolesterolu azaldır və damarları təmizləməyə kömək edir. Tərkibinə sağlam yağlar daxildir.

Bitter şokolad

Təzyiqi normallaşdırır, iltihab və qan laxtalanması ilə mübarizə aparır.

Brokoli və ispanaq

Tərkibindəki vitamin, mineral və antioksidantlarla ürəyi aktiv hala gətirir və təzyiqi tənzimləyir. Eyni zamanda lif baxımından da zəngindir.

Meşə meyvələri

Moruq, çiyələk və digər meşə meyvələri təzyiqi aşağı salır və damarları açmaq baxımından olduqca təsirlidir.

Yaşıl çay

Gündə yalnız 1 stəkan yaşıl çay xolesterol düyünlərinin yaranmasının qarşısını alır. Maddələr mübadiləsini sürətləndirir və artıq çəki ilə mübarizə aparır.

Qarpız

Damar sağlamlığında əhəmiyyətli rol oynayır. Xolesterol səviyyəsini stabil hala gətirir və antioksidant ehtiva edir.

loading...

Bunuda oxu...