İMMUNOLOGİYANIN ƏSAS ANLAYIŞLARI

İmmunologiya orqanizmin yad antigenlərdən qorumasından bəhs edən elmdir. İmmunologiya immuniteti öyənən elmdir. İmmunitet orqanizmin filogenetik inkişafı prosesində, xarici mühit amillərinin təsirinə cavab olaraq baş verməklə, irsi yolla keçən, eləcə də doğulduqdan sonra həyatda qazanılan, canlının anatomik və fizioloji xüsusiyyətləri ilə uyğunlaşma nəticəsində meydana çıxan mürəkkəb bioloji reaksiyadan ibarətdir.

Bunun sahəsində patogen mikrobların bədənə düşməsinə və onda artıb çoxalmasına, eləcə də onların əmələ gətirdikləri zəhərli maddələrin təsir etməsinə imkan verməyən şərait yaranır.

Belə şərait infeksion prosesin, qoruyucu peyvəndlərin, eləcə də nəzərə çarpmadan məişət immunizasiyasının təsiri altında orqanizmin fizioloji cəhətdən dəyişməsi ilə əlaqədar olaraq meydana çıxır. Bu prosesdə mərkəzi sinir sisteminin müdafiə xarakterli tənzimedici fəaliyyətinin olduqca böyük rolu vardır.

loading...

İmmunologiya İmmunitetin vahid bir təsnifatı yoxdur lakin ümumiləşdirərək belə təsnifat təklif olunmuşdur: təbii  və süni immunitet.

Təbii immunitet dedikdə növ xüsusiyyəti daşımaqla irsi bir əlamət kimi xarakterizə olunmasıdır. Məsələn, insan qaramal taununa yoluxmur, yəni insanın bədənində bu xəstəliyin törədicisi üçün əlverişli şərait yoxdur. Mikroblar orqanizmə düşən kimi məhv olur.

Əksinə, insanda olan bəzi xəstəliklər hətta qəsdən belə yoluxdurduqda (süzənək, qarın yatalığı, qızılca, infeksion parotit, sifilis, infeksion sarılıq, botkin xəstəliyi) heyvanlara keçmir. Ancaq L.Paster sübut etmişdir ki, toyuqların bədənin hərarətini 41-42C-dən 37C-yə salanda, ayaqlarını daim soyuq suda saxlamaqla, onların qarayara mikrobları ilə yoluxdurmaq mümkün olmuşdur.

Bu o deməkdir ki, xarici amillərin təsiri altında mütləq immunitetin gərginliyini azaltmaq, heyvanlarda müvafiq xəstəliklər törətmək olur. Bu ya bətndaxili inkişaf prosesində plasenta damarları ilə ya da doğulandan sonra ana südü ilə ötürülür. Qazanılmış immunitetdə isə xəstəlik keçirdikdən sonra bir daha o xəstəliyə tutulmur.

Süni immunitet isə orqanizmə vaksinlər və yaxud zərdabların yeridilməsi ilə nail olmaq olur. Zəiflədilmiş, yaxud ölü, törədici vaksinlərindən fəal immunitet, dözümlü illərlə davam edən immunitet yaranır, orqanizmə antitel hazırlayır. Passiv immunitetdə isə orqanizm xəstələnmiş fərdin zərdabı, hazır antitellər yeridilir.Bu isə dözümlü olmur, 4-6 həftədən sonra antitel parçalanır,passiv immunitet baş verir.

İmmun sistemin anlayışlarına fiziki baryerlər, fizioloji baryerlər interferonlar, komplement anlayışı, endositoz, faqositoz prosesləri, killerlər, helperlər və s. aiddir.

Fiziki baryerə (sədd) misal olaraq dərini göstərmək olar. Sıx epidermis hüceyrələrinə malik normal sağlam dəri patogenlərin orqanizmin daxili mühitinə keçməsinin qarşısını alır.Bundan əlavə dərinin malik olduğu tər və piy vəzilərinin ifraz etdiyi turşu təbiətli maddələr də patogenlərin məhvinə səbəb olur. Onurğazsızlarda bu funksiyanı çanaq və xitin təbəqə, eləcə də selik həyata keçirir.

İmmun sistemdə mərkəzi fiqur limfositlərdir. İmmun sistemin hüceyrələrinə leykositlərin müxtəlif populyasiyaları aiddir. Bütün limfoid hüceyrələrin əmələ gəlməsi üçün ümumi əcdad  sümük iliyinin kötük hüceyrələri hesab edilir. Əmələ gəlmiş limfoid hüceyrələrinin hələ immunoloji funksiya daşımayan bir hissəsi yarandığı orqanizmdə bütün həyat boyu qan vasitəsilə miqrasiya edərək, mərkəzi limfoid orqanlarda (timus, sümük iliyi) toplanır.

loading...

Bunuda oxu...