İMMUNİTETİN ZƏİF OLDUĞUNU GÖSTƏRƏN ƏLAMƏTLƏR

İmmun sistemiBədəni gücləndirmək və xəstəliklərlə mübarizənin əsası immun sistemini gücləndirməkdir.

Bir neçə dəyişikliklə immun sistemini gücləndirməyin üsullarını belədir.

İmmunitetin zəifləməsi xəstəliklərə yoluxma ehtimalının artması deməkdir. Ancaq bu zəifləmə bəzən gözlə görünmür, amma bir müddət sonra özünü büruzə verir.

loading...

İmmunitetin zəiflədiyini necə bilərik?

Dəridə göbələk infeksiyası varsa və dəri çox həssasdırsa;

Yuxarı tənəffüs yolları xəstəlikləri tez-tez təkrarlanırsa;

Əl və ayaqlarınız daim soyuqdursa;

Xroniki sindrom halına gələn yorğunluq getdikcə artırsa;

Yaxşı qidalanmanıza baxmayaraq qəbul etdiyiniz vitamin və minerallar bədənə normal yayılmırsa;

Ağızda artan infeksiyalar və bakteriyalar sağlam hüceyrələri mutasiya edərək xərçəngə yol açır.

Bəs bütün bu problemləri biləndən sonra immuniteti necə gücləndirə bilərik?

Bədən kifayət qədər istirahət etmədikdə stress hormonları daha çox işləyir. Bu isə adamın aqressiv və yorğun olmasına səbəb olur. İmmuniteti gücləndirmək üçün yuxu çox vacibdir.

Araşdırmaya görə gün ərzində 30 dəqiqə məşq immuniteti gücləndirir. İdman həmçinin bədənin rahat yatması üçün çalışan hormonları dəstəkləyir.

Psixi xəstəliklərin ən təhlükəlisi depressiyadır. Beləki bu şəxsin özünü daim narahat hiss etməsinə səbəb olur və həyat səviyyəsi aşağı düşür.

Bəzi qidalarında gündəlik rasiona əlavə edilməsi immuniteti gücləndirir.

Badam: badamba olan E vitamini immun sistemini gücləndirməklə birgə xəstəliklərə qarşı da mübarizə aparır. 10 ədəd badam qəbulu gününüzü daha dinc keçirə bilərsiniz.

Zeytun: immun sistemini ən çox gücləndirən qidalardan biridir. Tərkibində olan vitaminlər xolesteroldan qan təzyiqinə qədər bir çox xəstəliyə yaxsı təsir edir. Həmçinin zeytunda olan yüksək səviyyəli dəmir də zərərli bakteriyalara qarşı yaxşı mübarizə aparır.

Yumurta: Allergiya təsiri istisna edilməklə yumurta bədənin bütün protein ehtiyacını qarşılaya bilir. Əzələ və sümükləri gücləndirir. İmmunitetin gücləndirilməsi üçün əvəzsiz qidalardandır.

Yer fıstığı: Tərkibində olan polifenol təbiətdəki ən güclü antioksidantdır. Buna görə gün ərzində müəyyən miqdarda yer fıstığı yemək məsləhətdir. Allergiya yaratmırsa hər həftə bir ovuc yeyə bilərsiniz.

loading...

Bunuda oxu...